Sağlamlıq

Təzyiqi 15 dəqiqəyə salmaq mümkündür - Kardioloqlardan məsləhət

25 May 2020 23:00
0 Şərh     Baxış: 4 591
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bunun üçün dərmana belə gərək yoxdur.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, Almaniya Ürək fondunun kardioloqu Martin Holle bildirib ki, yüksək təzyiqi çox vaxt dərmansız da nəzarətə almaq mümkündür.

Kardioloq yüksək təzyiqin 3 əsas səbəbini izah edib: fiziki hərəkətsizlik, pis qidalanma və artıq çəki.

Ona görə gün ərzində təzyiqi stabil saxlamaq üçün 15 dəqiqə təmiz havada gəzmək mütləqdir. Kim gündə 15-20 dəqiqə sadəcə piyada gəzsə onun təzyiqi sütun üzrə 5-8 mm düşəcək.

Eləcə də çörək, ağır ət məhsulları, ağ un, kolbasa, şirniyyat azalmalıdır.

Təzyiq qalxanda ürək əzələsi daha gərgin işləyir və sıradan çıxır.

Təzyiq xəstəsinin hazırkı çəkisindən ən azı 3-5 kq arıqlaması da təzyiqi 5-7 mm azaldır.

Əgər bu 3 dəyişikliyi etsəz, insult və infarktın qarşısını 50% ala bilərsiz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.