Sağlamlıq

Sarıkökün İNANILMAZ FAYDASI: 1 stəkan isti südə...

27 May 2020 23:20
0 Şərh     Baxış: 3 231
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sarıkök qidalara gözəl dad və rəng verməsi ilə yanaşı çox effektli təbii müalicəvi vasitədir.

Milli.Az xəbər verir ki, o, orqanizmi ziyanlı maddələrdən təmizləyir, cavanlaşdırır və xərçəng xəstəliklərin inkişafından qoruyur.

Sarıkökün çox güclü antibakterial və antiseptik xüsusiyyətləri var. Soyuqdəymə, qripp zamanı sarıkökün 1/2 çay qaşığını 1 stəkan qaynar suda dəmləyin, 1 çay qaşığı bal əlavə edin və için. Bu vasitə iltihabı azaldır, orqanizmi isindirir, intoksikasiya ilə mübarizə aparır.

Boğaz ağrısı, angina zamanı boğazınızı sarıkökün dəmləməsi ilə yaxalayın (1 çay qaşığı sarıkök + 1 stəkan qaynar su). Bu vasitə boğaz ağrısını və iltihabı azaldır, mikroblarla mübarizə aparır.

Damaqlar iltihabı, stomatit zamanı ağız boşluğunuzu sarıkökün dəmləməsi ilə yaxalayın. Bu ilthabın azalmasına kömək edir.

Öskürək və bronxit zamanı 1 stəkan isti südə 1/2 çay qaşığı sarıkök əlavə edin, yaxşı qarışdırın və gün ərzində qəbul edin. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.