Sağlamlıq

Bu cür qidalansaz KÖKƏLMƏZSİNİZ

25 May 2020 21:50
0 Şərh     Baxış: 2 373
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dietoloqlar qidalanma saatının insan orqanizmində böyük rolu olduğunu açıqlayıblar.

Milli.Az xəbər verir ki, son zamanlar sosial şəbəkələrin də təsiri nəticəsində pəhriz saxlayanların sayı xeyli artıb. Maraqlısı ondadır ki, bəzi insanlar nə qədər pəhriz saxlasalar da arıqlaya bilmirlər. Bunun üçün qidalanma saatına fikir vermək lazımdır. Səhərlər karbohidrat tərkibi az olan qidalara üstünlük vermək daha məqsədəuyğundur. Çünki karbohidrat qlükoza tərkibi ilə zəngindir və kalorisi yüksəkdir. Səhərlər qəbul edilən karbohidrat gün ərzində orqanizm tərəfindən enerjiyə sərf olunaraq piyə çevrilmir.

Taxıl bitkiləri, quru meyvələr, şirəli meyvələr, şirniyyatlar, kartof kimi qidalar nahar yeməyi üçün daha uyğundur. Qulaqda qəribə səslənsə də dietoloqlar kartofu səhər yeməyi kimi məsləhət görürlər. Çünki nişasta baxımından zəngin, yüksək kalorilidir və asanca piyə çevrilə bilər.

Alma isə mədə və bağırsaqların daha yaxşı işləməsinə kömək edir. Ona görə də səhərlər yemək daha faydalıdır. Lakin axşam yeyilən alma narahatlığa səbəb olaraq, mədənin turşuluğunu artıra bilər. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.