Sağlamlıq

Körpənizin barmaqlarına diqətlə baxın - Bu xəstəliyin əlamətləri ola bilər

22 Yanvar 2020 23:49
0 Şərh     Baxış: 3 181
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Körpələrdə "tətik barmağ"(şıqqıldayan barmaq) xəstəliyinə diqqət çəkən Türkiyəli Doktor Mustafa Işik, xəstəliyin dioqnozunun qoyulmasında valideynlərin diqqətli olmasının önəmindən danışıb. Vaxtında qoyulmuş diqonoz erkən müalicənin başlanması üçün vacib sayılır.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, həkim bu xəstəliyin anadangəlmə bir deformasiya olmadığını, əsaəsən ilk iki yaşda baş verdiyini bildirib:

"Barmaqlarımızı bükməyə imkan verən tendonlar var. Bu tendonlar əzələlərin uzanması ilə barmaq sümüklərimizə yapışır və hərəkəti təmin edir. Tendonları düz tutan və əyilməsinin qarşısının alan bağlayıcılar da mövcuddur. Zədələnmiş tendonlarda isə qalınlaşma yaranır və sürüşmə hərəkəti pozulur.

Bununlada da, qalınlaşmış tendon hareketini üzərindəki bağ əngəlləməyə başlayır. Beləliklə, barmaq əyilir, lakin hərəkət edə bilməz, çünki açıldıqda geri sürüşmür.

"Tətik barmağı", "Tenosynovitis Stenosing" olaraq da bilinir, hərəkət zamanı büzülən və ya kilidlənən barmaqların vəziyyətidir. Beləliklə, barmaq əyilir, lakin hərəkət edə bilmir, çünki açıldıqda geri sürüşmür.

Barmaq uzun müddət bükülüdürsə, bu oynaqda deformasiyaya səbəb olur. Bükülmə, fiziki terapiya və dərmanlarla müalicə edilmir. Hərəkətlər yaxşılaşırsa, 1,5 yaşa qədər gözləmək olar, ancaq uğur şansı 10 faiz civarındadır. Erkən dövrdə, boşalma ilə tendonun qalınlaşmış hissəsində kiçik bir kəsik etməklə, daimi olaraq həyata keçirilir.

Erkən dövrdə cərrahi olaraq tendonun qalınlaşmış hissəsində kiçik kəsik atılaraq barmağın boşalması təmin edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.