Sağlamlıq

DİQQƏT: Bu insanlara naringi yemək OLMAZ

6 Aprel 2020 05:30
0 Şərh     Baxış: 2 933
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Naringi meyvəsinin orqanizmı faydaları ilə yanaşı, zərərləri də var.

Milli.Az xəbər verir ki, naringinin tərkibində çox miqdarda vitamin, mikro və makro elementlər, antioksidanlar var. Bundan əlavə naringi bakterial göbələklərin böyüməsinə də mane olur.

Mütəxəssislər sitrus meyvələrinin payız-qış aylarında xüsusilə faydalı olduğunu da qeyd edirlər. Çünki onların tərkibində olan C vitamininin virus xəstəliklərinin profilaktikası üçün böyük faydaları var.

Eyni zamanda mədə-bağırsaq xəstəlikləri, qastrit və mədənin turşuluğu çox olan insanlara naringi qəbul etməmək tövsiyə edilir.

Naringini həmçinin acqarına yemək təhlükəlidir. Çünki boş mədəyə qəbul edilən meyvə sağlam insanlara belə pis təsir göstərə bilər. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.