Sağlamlıq

Mədə xərçənginin əsas SİMPTOMLARI

10 Yanvar 2020 23:27
0 Şərh     Baxış: 4 590
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mədə xərçəngi ən təhlükəli və çətin müalicə olunan xərçəng növlərindən sayılır.

Mədə xərçənginin əsas səbəblərindən biri Helicobacter pilori bakteriyası sayılır. Bu bakteriya həmçinin mədə xorası və qastritin inkişafına da səbəb olur. Mədə xorası və mədə polipləri xərçəngönü xəstəliklər sayılır ki, bu xəstəliklərin fonunda mədə xərçənginin inkişafı riski çox yüksəkdir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, yaxın qohumları (ata, ana, bacı, qardaş, nənə, baba) arasında mədə xərçənginin olması da risk faktoru sayılır. Belə insanlar öz sağlamlığına qarşı diqqətli olmalı və müntəzəm olaraq profilaktik müayinələrdən keçməlidir.

Qeyri-sağlam qidalanma, spirtli içkilərdən istifadə mədə xərçənginin riskini artıran faktorlardandır.

Mədə xərçənginin əsas simptomları bunlardır:

Yeməkdən sonra mədədə köp (simptom daim təkrarlanır, qidanın növündən asılı deyil)
Hətta az miqdarda qida qəbulundan sonra doyma hissinin əmələ gəlməsi
Güclü və daim təkrarlanan mədə qıcqırması
Ürəkbulanması
Mədə nahiyəsində keçməyən ağrılar
Yeməkədən sonra qusma, gecikmiş mərhələlərdə qanlı qusma
Kəskin arıqlama
Keçməyən səbəbsiz yorğunluq

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.