Sağlamlıq

Alimlər təzyiq xəstələri üçün ən faydalı içkini elan etdi

20 Mart 2020 13:44
1 Şərh     Baxış: 4 273
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Alimlər yüksək təzyiqdən əziyyət çəkən insanlar üçün ən faydalı içkini elan edib. Məhz bu içki təzyiqi aşağı salıb, normada saxlamağa və damarların vəziyyətini yaxşılaşdırmağa kömək edəcək.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu, qırmızı mərsin (brusnika) şirəsi və dəmləməsidir.

Helsinkiy Universitetinin alimləri bunu xəstə siçanlar üzərində təcrübə ilə sübut ediblər. 10 həftəlik təcrübədə siçanlara mərsin, qarağat və s. içkilər verilib.

Qırmızı mərsin şirəsi içən siçanlarda təzyiqin düşməsi qeyd olunub. Digərləri zəif nəticə göstərib.

Qeyd olunub ki, brusnikada olan polifenol ürək-damar xəstəliklərində faydalıdır. Lakin bu o demək deyil ki, şirəni içdikdə dərmanlar saxlanmalıdır. Bu içki müalicəyə əlavədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.