Sağlamlıq

Qışda qəbul edilməsi mütləq sayılan VİTAMİNLƏR - SİYAHI

6 Yanvar 2020 22:39
0 Şərh     Baxış: 2 987
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qışda qəbul edilməsi mütləq sayılan vitaminlər var.

Milli.Az xəbər verir ki, rusiyalı tibb elmləri doktoru Valeri Sergeyev "RT" kanalına açıqlamasında qışda istifadəsi vacib sayılan vitaminlərdən danışıb.

Mütəxəssis vitamin kursunu 1 ay davam etdirməyi məsləhət görür. Onun sözlərinə görə, ilk növbədə B qrup vitaminlərə diqqət yetirmək lazımdır:

"Onlar protein və enerji mübadiləsinin tənzimlənməsində əsas rol oynayır. Eyni zamanda beynin normal işləməsini təmin etmək üçün bədənin kifayət qədər miqdarda maqnezium, manqan, kalium, sink alması və A, C, E vitaminləri ilə zəngin olmasının vacibliyinə diqqət yetirmək lazımdır. Tərkibindəki vitamin və mineralları qorumaq üçün ət, tərəvəz, göbələk, meyvə, giləmeyvələrə duz və turşu əlavə edin. Təəssüf ki, idxal olunan meyvə-tərəvəz bizə əksər vaxt minimum miqdarda vitaminlə çatdırılır". (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.