Miqren yoxsa baş ağrısı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Baş ağrısı - əzabverici və insanı normal həyat fəaliyyətindən məhrum edən vəziyyət olaraq, gərginlik baş ağrısı və sair kimi bir neçə birincili baş ağrısı vəziyyətlərində yaranır. Miqren - birtərəfli güclü və əzabverici baş ağrısı tutmaları ilə təzahür olunan sinir sisteminin paroksizmal xəstəliyi olub, ürəkbulanma, qusma, işıq və səsə qarşı dözümsüzlük, tutmadan sonra yuxululuq və əzginliklə müşayiət olunur. Miqren zamanı tutmanın müddəti fərdidir, 2 saatdan 72 saata qədər davam edə bilər.
Miqrenin yaranma səbəbləri. Miqrenin səbəbləri hələ də öyrənilməkdədir. Ancaq alimlər xəstəliyin irsi olaraq qadın xətti boyunca yayıldığını aşkar etmişlər. Bu səbəbdən qadınlarda miqren kişilərə nisbətən daha tez-tez - 1,5-2 dəfə çox müşahidə olunur. Xəstəlik daha çox qadınlar arasında 40, kişilərdə isə 35 yaşlılarda təsadüf edilir. Miqren zamanı ağrıların inkişaf mexanizmi üçlü sinir mərkəzinin aktivləşməsi ilə əlaqədar olub, miqren ağrısının yaranmasına səbəb olan öncə spazm, sonra isə beyin arteriyalarının genişlənməsi ilə əlaqələndirilir.
Miqrenin diaqnostikası. Ümumiyyətlə miqrenin diaqnozu şikayətlər əsasında, xəstə ilə söhbətdən və müayinədən sonra qoyulur. Adətən ağrının xarakteri və yanaşı simptomların təsviri diaqnoz qoymağa kifayət edir. Lakin xəstələr baş ağrılarından olduqca tez-tez şikayət edirlər və bu ağrıların səbəbi müxtəlif ola bilər. Bu səbəbdən tam müayinə aparılmalıdır.
Test "ID Migraine". Bu test vasitəsilə baş ağrısının miqren və ya adı baş ağrısı olduğunu ayırd etmək olar. Sizdə son 3 ay ərzində baş ağrısı aşağıdakı hansı simptomlarla birlikdə müşahidə olunmuşdur?
|
1. |
Ürəkbulanma və ya qusma |
HƏ |
YOX |
|
2. |
İşıq və səsə qarşı dözümsüzlük |
HƏ |
YOX |
|
3. |
Baş ağrısı iş qabiliyyətinin, dərsin və ya gündəlik həyat tərzinin ən azı 1 gününü məhdudlaşdırmışdır? |
HƏ |
YOX |
|
Əgər siz heç olmasa 2 suala "hə" cavabı verdinizsə, 93% ehtimalla sizdə miqren vardir. |
Miqrenin müalicəsi. Müalicə iki istiqamətdə aparılır: birinci - tutma zamanı yardım, ikinci - tutmaların intensivliyini və tezliyini azaltmaq üçün profilaktik tədbirlər.
Miqren tutması zamanı ağrıları necə aradan qaldırmaq olar? Tutmanın başlandığını hiss edən kimi dərman qəbul etmək lazımdır. Əgər xəstə ağrıya dözərsə, ağrı getdikcə artacaq və ağrı başladıqdan 20 dəqiqə sonra qəbul edilən ağrıkəsici və damar daraldıcı preparatların qəbulu vəziyyəti daha da pisləşdirəcək. Tez-tez qəbul ehtiyacına görə ağrıkəsici preparatlar qəbul edilə bilmirsə və ya kömək etmirsə, bu halda miqrenin patogenezində mühüm rol oynayan serotonin törəmələri olan triptanlar (eletriptan, sumatriptan) seçım preparatdır.
Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (Whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz.
Çatdırılma ÖDƏNİŞSİZDİR.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
-
“Niyə toyuq əti mağazaları bürüyüb, xoruz isə satılmır” – Mütəxəssisdən şok iddia - (Video)
-
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
-
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
XƏBƏR LENTİ
-
Yeni Günəşlidə ilan göründü - (Video)
-
Xəyalə yol hərəkət qaydalarını pozdu - (Foto)
-
Həftənin rəmzi komandası bəlli oldu
-
Kəlbəcərdə kanat yolu və dağ-xizək kompleksinin yaradılması planlaşdırılır - Prezidentin xüsusi nümayəndəsi
-
2040-cı ilin sonunadək Kəlbəcərə 17 min nəfərin köçürülməsi planlaşdırılır - Bəşir Hacıyev
-
Azərbaycanda sabiq nazir vəfat etdi - (Foto)
-
“Bakıda doğulmuşam, Bayıl uşağıyam” - “Qarabağ”ın oyunçusu - (Video)
-
Georgi Baramidze həbs olundu
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Fransada qatar relsdən çıxdı - Çoxlu sayda yaralılar var
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
-
Azərbaycanda nadir hadisə: Döl uşaqlıq əvəzinə qaraciyərdə inkişaf edib - (Video)
-
Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olublar - (Yenilənib)
-
Faiq Mirzəyev oğluna toy etdi - (Video/Foto)
-
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
-
İtkin düşən 8 nəfər tapıldı
-
Mahir Emrelinin paltardəyişmə otağında çılğın qələbə sevinci - (Video)
-
Türkiyəli aktrisa “Sənə də qalmaz” oxudu - (Video)
-
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
-
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ötən gün 9 odlu silah aşkarlanıb
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər





