Sağlamlıq

Qulaq ağrısı zamanı həm müalicə, həm də profilaktika - FOTO

13 Dekabr 2019 11:40
Baxış: 3 235
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dəyişkən hava şəraiti zamanı, çöldə hava soyuq olduqda, evlərdə, ofis və məişət yerlərində isitmə sistemləri və ya kondisionerlər qoşulur. Havanın temperaturunun dəyişkən olması, soyuqlama təhlükəsi olan insanları qalın geyinməyə, bəzilərinin özlərini "bürümələrinə" vadar edir. Bu isə müqavimətin zəifləməsinə gətirib çixardır.

Soyuqlamaya ilk reaksiyanı boğaz, burun və qulaq verir. Bu üç orqan bir-biri ilə əlaqədə olduqlarından, birində başlayan iltihab, digər orqana da ötrülür. Qulaq prosesə ikincili olaraq qoşulur və çox zaman qrip və zökəmin ağırlaşması hesab edilir.

İnsanlarda yaşından asılı olmayaraq eyni şikayətlər müşahidə olunur: qulaq ağrısı, tıxanıqlıq hissi, qulaqda küy. Ağrı şikayəti insanları həkimə getməyə vadar edir. Lakin bəzi hallarda qulağın iltihabı zamanı ağrı olmaya da bilər. Belə vəziyyətlərdə baş ağrısı və qulaqda küy olur. Bir çox insan bunun otitlə (qulağın iltihabı) bağlı olduğunu bilmir. Bu səbəbdən də həkimə getmir. Nəticədə, orta qulaqda yaranan iltihab ağırlaşaraq, təbil pərdəsinin deşilməsinə səbəb ola bilir.

Məlumdur ki, orta qulaq Yevstax borusu vasitəsilə udlağın burun hissəsi ilə əlaqəlidir. Orta qulaq boşluğunda əmələ gələn normal maye bu boru vasitəsilə udlağın burun hissəsinə axır. Qrip və zökəm zamanı burun boşluğu və udlağın burun hissəsində inkişaf edən ödem, Yevstax borusunun mənfəzini daralmasına səbəb olur. Nəticədə, orta qulaqda toplanan maye xaric ola bilmir və infeksiyanın artması üçün münbit şərait yaranır.

Bu baxımdan qrip və zökəmə yoluxan zaman burun boşluğunun drenajını təmin etmək vacibdir. Burunun selikli qişa vəzlərinin sekresiyanı azaldan vasitələrdən qətiyyyən istifadə etmək olmaz. Çünki onlar iltihabı aradan qaldırmır, əksinə udlağın burun hissəsində yaranmış prosesin orta qulağa daha sürətlə keçməsinə səbəb olur. Evdə uşaq, körpə, yaşlı şəxs varsa, mütləq evdəki dərman qutusunda qulaq ağrısı üçün iltihabəleyhinə, ağrıkəsici dərman vasitəsi saxlanmalıdır. Burunda tixanıqlığın 3-4 gün ərzində davam etməsi otitin yaranmasına səbəb ola bilər.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.

Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət   göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.

Sifariş üçün:
+99455 251 77 00 (Whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz.
Çatdırılma ÖDƏNİŞSİZDİR.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.