Sağlamlıq

Bunu etsəz STRESDƏN UZAQLAŞACAQSINIZ

1 Mart 2020 20:50
0 Şərh     Baxış: 1 418
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mütəxəssislər stresdən qurtulmağın yolunu açıqlayıblar. Stressdən daha çox əziyyət çəkən iri şəhərlərin sakinləri mütəmadi olaraq özləri üçün 5 dəqiqəlik sakitlik (süküt) etməlidirlər.

Milli.Az xəbər verir ki, bunu açıqlamasında rusiyalı psixoloq Aleksandra  Morozova deyib.

"Bu yolla biz özümüzə vaxt ayırıb, iş gününün istənilən anında emosional stresdən azad olmaq fürsətini əldə edəcəyik, fikirlərimizi səhmana salıb, gələcək işlərimizi rahat şəkildə planlaşdıracağıq".

Mütəxəssis qeyd edir ki, bir neçə dəqiqəlik sakitlik narahatlığı azaldır və immun sisemini gücləndirir. Bu da öz növbəsində iş qabiliyyətinə müsbət təsir göstərir və yaradıcılığı inkişaf etdirir.

Bu cür fasilələr zamanı sinir sisteminə pis təsir etdiyi üçün bütün əsəbi faktorlardan, xüsusən də mobil telefonlardan uzaq durmaq lazımdır.

Ayrıca, psixoloq bu beş dəqiqə ərzində nəfəs məşqləri etməyi, təmiz havada gəzməyi məsləhət görür. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.