Sağlamlıq

Heyvadan ÖSKÜRƏK əleyhinə belə istifadə edin - RESEPTLƏR

9 Fevral 2020 23:55
0 Şərh     Baxış: 5 078
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Payızın, soyuq ayların ən çox istifadə olunan meyvələrindən biri də heyvadır. Heyvanın faydaları çoxdur.

Amma soyuq aylarda heyvadan ən çox öskürək əleyhinə təbii dərman kimi faydalanırlar.  

Milli.Az e-tibb.az-a istinadən həkim-fitoterapevt Fizuli Hüseynovun bununla bağlı fikirlərini təqdim edir:

Heyvadan öskürək zamanı çox istifadə olunur. Əsasən də heyva tumlarının suda və ya süddə dəmlənməsindən. 

1 ədəd heyva tumunu 1 stəkan süddə (və ya suda) 5 dəqiqə qaynadıb 8-10 saat gözlənilir, süzülür və gün ərzində yavaş-yavaş içilir.

1 ədəd heyvanı qabıqlarını soyub, dilimləyib, zeytun yağında bişirib 3 yerə bölərək gündə 3 dəfə yeməkdən əvvəl hər dəfə 1 hissəsini yemək lazımdır. Bu öskürək və göy öskürək zamanı olduqca faydalı bir reseptdir.

Heyva ağacının yarpaqlarından da öskürək zamanı çay kimi dəmləyib içə bilərsiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.