Hamiləlik zamanı venoz problemlər və onların həlli
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hamiləlik qadın orqanizmində dərin dəyişikliklərlə müşahidə olunur. Hamiləlik zamanı ilk əlamətlərindən biri çanaq və aşağı ətraf venalarında ağırlıq yükünün artmasıdır. Buna görə də bir çox hamilələrdə venaların varikoz genişlənməsi baş verir, hansi ki, bəzən doğuşdan sonra keçib gedə bilir.
Hamiləlik zamanı varikoz xəstəliyinin səbəbləri:
-Mexaniki faktor. Böyümüş uşaqlıq qanın mikrosirkulyasiyası üçün maneə yaradır, belə ki, aşağı boş venaya təzyiq edərək onurğa sütununa və əzələ tərəfə sıxır.
-Sirkulyator faktor. Qanın həcminin və ürəkdən qan axınının artması damarların, xüsusilə də venaların genişlənməsinə səbəb olur.
-Hormonal faktor. Progesteron saya əzələlərə təsir göstərərək venoz divarların tonusunun azalmasına gətirib çıxardır.
-Hemostatik faktor. Hemostazda baş verən dəyişikliklər laxtalanmanın artmasına səbəb olur.
-Digər faktorlar. Yuxarıda qeyd olunan hamiləliklə bağlı olan faktorlardan əlavə ailə anamnezində olan meyillilik, azhərəkətli həyat tərzi, iş zamanı hərəkətsizlik, qısa müddətli fasilələrlə hamiləliklər də təkanverici faktorlar hesab edilir.
Hamiləlik zamanı varikoz xəstəliyinin əlamətləri praktiki olaraq hamilə olmayanlarda olduğu kimidir: dərialtı venaların genişlənməsi, ulduzcuqların yaranması, ayaqlarda ağırlıq hissi, şişkinlik, qıcolmalar, ağrı, ayaq dərisində göynəmə, genişlənmiş venaların piqmentasiyası. İlk mərhələdə qadınları daha çox kosmetik defekt narahat edir. Gecikmiş mərhələlərdə isə ağrı və qıcolmalar müşahidə olunur. Əgər qadın hamiləlik zamanı venalarda ağrıdan şikayət edirsə, həkim fleboloqa müraciət etməlidir.
Hamiləlik zamanı varikoz xəstəliyinin profilaktikası. Hamilə qadınlar risk faktorlarından və venoz görüntülərindən asılı olmayaraq həmişə həyat tərzini korreksiya etməlidir: ayaqüstə hərəkətsiz vəziyyətlərdən qaçınmalı, isti və günəş vannalarının qəbulundan uzaq durmalı, yüngül gəzinti, kontrast duş, istirahət zamanı ayaqları yuxarı qaldırmaq kimi adaptasiyaedici məşqlər etməli və venotonik tərkibli yerli krem və gellərdən istifadə etməlidir.
Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (Whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz.
Çatdırılma ÖDƏNİŞSİZDİR.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu şəxslər 2 min manatadək cərimələnə bilər - Diqqətli olun
-
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
-
Ararat Mirzoyan Tehrana getdi
-
Kağız sənədlərlə bağlı yeni qərar
-
Bu ilin 9 ayı ərzində Səfərbərlik Xidmətində 144 nəfərlə bağlı materiallar prokurorluğa göndərilib
-
Prezidentin təltif etdiyi Jalə Əliyeva kimdir? - Dosye
-
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - (Video)
-
Ofelya ərinin adını mikrofonuna yazdırdı - (Foto)
-
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
-
Tierri Anri: “Demək olar ki, Arda tək oynayır, yetərli dəstəyin olmaması üzücüdür”
-
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)
-
ABŞ ordusu katerə zərbələr endirdi: Ölənlər var
-
Tramp süni intellektin adını dəyişdi
-
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi
-
Pünhan Piriyevin xanımı ilə diqqət çəkən rəqsi - (Video)
-
Millətlər Liqasında günün oyunları başa çatdı
-
Mingəçevirdə qadın bıçaqlandı - Əri polisə təslim oldu
-
ANS-in keçmiş əməkdaşı bu televiziyaya rəhbər vəzifəyə gətirildi
-
Rusiyada zəlzələ oldu
-
84 yaşlı məşhur hind aktyor yıxıldı - (Video)
-
Bu yollarda sürət həddi artırıldı
-
Nazir müəllimləri təbrik etdi
-
Jorje Jezuş Ronaldu barədə: "Bunu asanlıqla həll etmək olar"
-
Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi" - (Video)





