Bu amillər qadın sonsuzluğuna təsir edir - Məşhur ginekoloq AÇIQLADI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Yumurta ehtiyatı ana olmaq istəyənlər üçün vacib bir meyardır. Stress bu ehtiyatların ən böyük düşmənidir! Stress hətta yumurta ehtiyatını azaldaraq qadınlarda sonsuzluğa gətirib çıxara bilər".
Milli.Az xəbər verir ki, bu sözləri türkiyəli ginekoloq Kənan Çalışqan açıqlamasında deyib. O, bildirib ki, yumurta ehtiyatı yaş, ətraf mühit, genetik amillər və stress kimi bir çox amillərdən dolayı azalmağa başlayır:
"Ətraf mühit amilləri və stress çox vacibdir. Ətraf mühitdə kimyəvi maddələrin təsiri, həyat tərzi, GMO-lu qidalar qadının hamilə qalmasına birbaşa təsir göstərir. Yumurta ehtiyatları menopoz dövrünü təyin edir. Yumurta ehtiyatını qiymətləndirmək üçün qadının 15-45 yaş arasında olması nəzərə alınmalıdır. Qadının keçirdiyi əməliyyat, kimyəvi terapiya, radioterapiya, siqaret və ya alkoqol istifadəsi yaş faktoru ilə birlikdə ehtiyatın azalmasına təsir göstərir".
Ginekoloqun sözlərinə görə, testlərlə qadının təxminən nə qədər yumurta ehtiyatı qaldığını müəyyən etmək mümkündür: "15 yaşlı uşaq ilə 45 yaşlı qadının yumurtaları eyni deyil. 45 yaşdan sonra hamilə qalmaq şansı çox aşağı olur və menopoz dövrü başlayır. 35 yaşdan sonra haməlilik şansı xeyli azalmağa başlayır. Yaş ən vacib amildir. Getdikcə yumurtalar yox olur. Odur ki, yumurta ehtiyatı çox olmayan xəstələri mövcud yumurtalardan istifadə etmək üçün süni mayalanmaya yönəldirik. Bunun üçün də əvvəlcə xəstənin sonsuz olub-olmadığını müəyyənləşdirmək lazımdır. Sonsuz olan xəstə 35 yaşdan kiçikdirsə və bir il ərzində uşağı olmayıbsa, dərhal müalicəyə başlayırıq. 35 yaşdan yuxarıdırsa, gözləmirik, çünki yumurtalar azalmağa doğru gedir, odur ki, dərhal süni mayalanmaya başlayırıq". (publika.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Enerjini azaldan gündəlik səhvlər
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
XƏBƏR LENTİ
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)





