Qanda rezus faktoru gözlənilmədən dəyişə bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnsan qanı təkcə qruplara (I, II, III və ya IV qan qrupu), eləcə də rezus faktoruna görə (müsbət və ya mənfi) təsnif olunur. İnsanın həyatı boyunca qan qrupu dəyişməz qalsa da, rezus faktoru gözlənilmədən dəyişə bilər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu yenilik Vyana Tibb Universitetinin bir qrup aliminin apardığı tədqiqat nəticəsində müəyyən edilib. Tədqiqat qrupunun rəhbəri Qünter Körmöçi bildirib ki, tibbi praktikada qan dövranında tez-tez həm müsbət, həm də mənfi rezus faktorlu qan hüceyrələrini daşıyan pasiyentlərə rast gəlmək mümkündür. Eyni şəxsdə qarışıq rezus faktoru qəfil baş verən genetik mutasiya sayəsində mümkün olur.
Alim bildirib ki, qarışıq rezus faktoru pasiyentlərdə ötən əsrin 60-cı illərində müşahidə edilsə də, bunun dəqiq izahı verilə bilmir və bütün hallar qan xəstəlikləri ilə (leykoz və s.) izah edilirdi. Lakin avstriyalı alimlər müşahidə ediblər ki, bir sıra pasiyentlər qanda eritrozitlərdə xüsusi antigenləri, yəni müsbət rezus faktorunu yaş artdıqca itirə bilirlər və bu halda bədənin hansısa bir hissəsində qan hüceyrələrində rezus faktoru mənfiyə çevrilir. Müəyyən edilib ki, belə pasiyentlərin yarısında qan xəstəliyi yoxdur, bu, yalnız orqanizmin yaşlanması fonunda baş verən genetik mutasiyadır.
Alimlər, həmçinin müəyyən ediblər ki, qanda rezus faktorundakı dəyişiklik, - indiyədək hesab edildiyi kimi, - təkcə qanyaradıcı (hemopoetik) kök hüceyrələrdə deyil, eyni zamanda, çoxxassəli (pluripotent, asanlıqla yerləşdiyi toxumanın formasını ala bilən) kök hücəyrələrdə rast gəlinir. Alimlərin rəyinə görə, rezus faktorunun müsbətdən mənfiyə dəyişməsi yaşı 65-dən yuxarı şəxslərdə heç də nadir hadisə deyil və hər 500 nəfərdən birində bu hala rast gəlmək mümkündür.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ombudsman haqqında Konstitusiya Qanununda dəyişiklik edilib
-
Fazil Məmmədov nazir müavini təyin edildi
-
Xaçmazda inzibati ərazi dairələri üzrə nümayəndəliklərə yeni təyinatlar olub - (Foto)
-
"Yeşilçam" ulduzunun son halı təəccübləndirdi: Sığınacaqda yaşayır - (Foto)
-
Xaçmazda iki məktəbli qardaşı maşın vurdu
-
İrkutskda naməlum xəstəlikdən ölüm: ÜST-dən açıqlama
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı - (Yenilənib)
-
Həccə gedəcək azərbaycanlılarla bağlı yeni qaydalar açıqlandı
-
Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək
-
Kənd yumurtası bahalaşdı - (Video)
-
AQTA əməkdaşlarını restorana buraxmadı, cərimələndi
-
“Flydubai” təyyarəsi vurula bilərdi - İsrailin planı
-
Yenicə toyu olan Afət Rahilqızının səhhəti pisləşdi - (Video)
-
Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib - (Foto)
-
Ələtdə torpaq 50 faiz bahalaşıb - Qiymətlər niyə artır?
-
1870 tələbə ödənişsiz təhsil alacaq - DİM-dən açıqlama
-
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü
-
Papanın qaradərili şəxsin əlini havada qoyması müzakirə yaratdı - (Video)
-
Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik
-
Prezident İlham Əliyev: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik
-
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
-
Sumqayıtda tikilidə yanğın başladı
-
Daha bir ölkə “Avroviziya” ilə yollarını ayırdı
-
Xarkovda dağıntılar altında insanlar axtarılır





