Böyrəkdə şiş tapılarsa, nə etməli? - Müalicə yolları barədə türk professor
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son illərdə dünyada və eləcə də Azərbaycanda böyrək xərçənginə yoluxanların sayı artır. Araşdırmalar göstərir ki, 2012ci ildə Avropa Birliyi ölkələrində 84 min 400 şəxs böyrək xərçənginə tutulub. Türkiyə Memorial Şişli xəstəxanası cərrahi mərkəzinin uroloji mütəxəssisi Murat Binbay, böyrək şişlərinin cərrahiyyəsi ilə bağlı danışıb.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, müalicə zamanı kimyaterapiyanın və işıq şüalanmasının təsirli olmadığını bildirən həkim, ilkin ərəfədə aşkar etdikdə xəstəliyin rahatlıqla müalicə oluna biləcəyini vurğulayıb.
"Şişi böyrək ətrafına yayılmadan kəsərək götürmək ən yaxşı çıxış yoludur. Adətən bu xəstəliyin hansı mərhələdə olmasından asılı olaraq müalicə üsulu dəyişir. Vücuda yayılmış formadadırsa, bu zaman müalicəni həm uroloqlar, həm də onkoloqlar davam etdirir" - deyə M.Bimbay bildirib.
Həkimin sözlərinə görə, şiş 4 sm-dən kiçikdirsə, bu zaman böyrəyi cərrahi üsulla almağa ehtiyac olmaya bilər: "Bundan 10 il əvvəl bu xəstəlik aşkar olunduqda şişlə birlikdə böyrək də ilk müdaxilədə alınırdı. Hazırda isə ölçüsü 7 sm-dan aşağı olan şişlərdə böyrəyi zədələmədən şişi çıxartmaq mümkündür. Və əməliyyat zamanı şişin yalnız bədxassəli olan hissəsi çıxarılır.
Müşahidə olunan 4 sm-dən kiçik şişləri iynə ilə yandıraraq yoxetmə üsulu ilə müalicə etmək də mümkündür. Lakin xəstəliyin təkrarlanma riski var. Ona görə, xəstənin orqanizmi əməliyyata hazır olmadıqda bu üsul tətbiq olunur. Əgər şiş göstərilən ölçüdən böyükdürsə, o zaman təəssüf ki, orqan da çıxarılacaq" - deyə mütəxəssis vurğulayıb.
Qeyd edək ki, əgər ilkin mərhələdə bəd xassəli şiş götürülərsə, xəstənin tamamilə sağalmaq şansı 100-də 97 faizdir. Bununla da xəstə əlavə müalicələrə ehtiyac görülmədən həyatına olduğu kimi davam edə bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Enerjini azaldan gündəlik səhvlər
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
XƏBƏR LENTİ
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)
-
Abşeronda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"
-
“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı açıqlanıb
-
Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı
-
“Sabah”ın Bakıdakı oyunlarının bilet qiymətləri açıqlandı - 35-dən 285-ə qədər...
-
Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirilib - (Foto)
-
"Amerikada bir ay konsert verdik, 100 dollar pul verdilər" - Alim Qasımovla müsahibə
-
Federiko Valverde zədələndi
-
“Ana olmaq istəyirəm” - Dakota Conson
-
Nərimanovda binadakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
Xəzərdə zəlzələ olub
-
Ramil Vəlibəyov vəzifəsindən azad olundu
-
Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - (Video)
-
"Qalatasaray"da Okan Buruk getsə, fransalı mütəxəssis gələ bilər
-
Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Tacir Şahmalıoğlu əməliyyat olundu
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
-
Fanatının "Bentley" üzərində Aygün Kazımovaya sevgisi nümayişi - (Video)
-
Bakının bu rayonunda qaz kəsiləcək
-
Pünhan Priyevin toyunda kövrək anlar: Gəlinin qardaşı ağladı - (Video)





