Qeysəriyyə, yoxsa təbii doğuş daha təhlükəlidir...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən il Azərbaycanda 17 qadın doğuş zamanı dünyasını dəyişib. Medicina.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən azvision.az saytının sorğusuna cavab olaraq bildirilib. Bu da onu göstərir ki, ölkədə ana ölümlərinin sayı artıb. Belə ki, 2017-ci ilin statistikasına görə 11 ana ölümü qeydə alınmışdı.
Ekspertlər artımın müxtəlif səbəblərdən baş verdiyini bildirir. Azərbaycan Britaniyanın "Save the Children" xeyriyyə fondunun hazırladığı illik Dünya Analıq hesabatının reytinq cədvəlində 179 ölkə arasında 90-cı yerdədir. Hesabatın əsas parametrlərindən biri isə ananın doğuş zamanı ölməsi ehtimalıdır və rəqəmlərə görə, Azərbaycanda hər 1800 doğuşdan biri ananın ölümü ilə nəticələnir.
Ötən ay Bakıda özəl klinikaların birində ana ölümü faktı oldu. Belə ki, 40 yaşlı Lətafət Şirəliyeva qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişmişdi. Hadisə ilə bağlı yayılan məlumatlarda bildirilir ki, qadın aprelin əvvəlində ağrıları yarandığı üçün xəstəxanada stasionar müayinəyə qəbul olunub. Mayın 6-da isə xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
Halbuki son illər qeysəriyyə əməliyyatı bir çoxları üçün daha rahat və təhlükəsiz proses hesab olunurdu. Bu baxımdan əksər gənc analar doğuş sancılarından qorxduqları üçün səbəb oldu-olmadı bu əməliyyata üstünlük verir. Şahidi oluruq ki, əksər klinikalarda həkimlərin özləri də səbəbsiz yerə analara bu üsulu təklif edir.
Əlbəttə ki, qeysəriyyə əməliyyatının da fəsadları çoxdur. Öncə ona görə ki, ilk övladını qeysəriyyə əməliyyatı ilə dünyaya gətirən qadınlar 2 və 3-cü uşaqları da bu yolla dünyaya gətirmək məcburiyyətində olurlar. Və bu, planlı şəkildə həyata keçirilməlidir. Belə ki, ilk qeysəriyyə əməliyyatından sonra qadının ən azı 3-4 il hamiləlikdən uzaq olması məsləhət olunur.
Bu dövr ərzində ananın orqanizmi tam sağalmalı, immuniteti güclənməli, daha sonra yenidən əməliyyat üçün tam hazır olmalıdır. Həkimlər hər zaman qeyd edir ki, bir ana maksimum 3 dəfə qeysəriyyə əməliyyatı keçirə bilər. Çünki hər dəfə hamiləlik zamanı əməliyyat olunan nahiyədə qanaxma baş verə bilər ki, bu da həm ana, həm də uşaq üçün təhlükə deməkdir.
Bəs ölkədə ana ölümlərinin sayı niyə artır?
Qeysəriyyə, yoxsa təbii doğuş daha çox təhlükəlidir? Milli.Az bildirir ki, mövzu ilə bağlı mama-ginekoloq Nervan Əmirova "Yeni Müsavat"a danışdı: "Bəzən hamilə qadınlar vaxtında həkimə müraciət etmir, müayinədən keçmirlər. Hansı ki, bəzən qadınlarda hamiləlik risk yaradır. Məsələn, cinsi yolla infeksion xəstəliklər keçəndə və bu, vaxtında aşkarlanmayanda əksər hallarda hamiləliyin gedişatı pozulur və yaxud eybəcər, əlil uşaqlar doğulur. Bəzən brüselyoz, mikroplazma və bu kimi başqa mikroblar qadında olanda hamiləliyin inkişafı pozulur.
Həmin mikroblar hamiləlik zamanı uşağın inkişafına əngəllər yaradır. Buna görə də uşaqlar əlil doğulur. Patoloji hamiləlik keçirən analar doğuşun adekvat keçməməsini özü yarada bilər. Bu da ana ölümünün sayının artmasına gətirib çıxardır. Qadınlar sağlam, fizioloji hamiləlik keçirməyəndə də təhlükə riski yaranır. Yəni qidalanması zəif olanda, ekoloji problem olan məkanda yaşayanda və sairə. Bildiyiniz kimi, hazırda sosial-iqtisadi problemlər çoxdur, insanların maddi vəziyyətləri yaxşı deyil. Bu səbəbdən qanazlığı çoxalıb. Nəticədə hamilə qadınlar stress hormonal pozğunluq yaşayır. Bütün bunların da doğuşa təsiri olur. Bu halda həkim neyliyə bilər?"
Həkim ana ölümlərinin sayının artmasına digər səbəb kimi hamilə qadınların özlərini qeyd elədi: "Bəzən görürük ki, hamilə qadın heç bir müayinə olmadan doğuşa girir və təbii ki, nəticədə bəzən xoşagəlməz hallar baş verir".
Qeysəriyyə və yaxud təbii doğuş prosesinə gəldikdə isə həkim qeyd etdi ki, hər iki prosesin öz təhlükəsi var:
"Fərqləndirsək, daha çox qeysəriyyə əməliyyatı təhlükəlidir. Qeysəriyyə daha rahat proses olsa da, ona ən son məqamda müraciət etmək lazımdır. Lakin son illərdə diqqət edirik ki, həkimlərin əksəriyyəti bu əməliyyata üstünlük verir və hamilə qadınları buna təhrik edirlər. Sanki həkimlər artıq doğuş prosesinə girmək istəmir. Halbuki qeysəriyyə əməliyyatı çox təhlükəlidir, həm ana, həm də doğulacaq körpəyə zərər verə bilər.
Qeysəriyyə əməliyyatlarının prinsipi ondan ibarətdir ki, uşaq və ana ölümlərinin sayı azalsın. Bu əməliyyat zamanı ölüm hadisəsi o zaman baş verir ki, anada qan laxtalanması ilə bağlı problem olsun və yaxud xəstəyə düzgün formada narkoz verilməsin. Aydınlaşdırmaq lazımdır ki, ana narkozdan ayıldıqdan sonra, yoxsa narkoz verilərkən ölüb. Bəzən də qanaxmalardan ananın həyatını qurtarmaq olmur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi





