Sağlamlıq

Bu ulduzvari ədviyyatın misilsiz faydaları var

13 May 2019 23:27
0 Şərh     Baxış: 3 531

Hələ qədim zamanlarda çinlilər badyanın faydalarını bilirdi və sağlamlıq üçün istifadə edirdi. Çin təbibləri badyanı "nəfəs və düşüncələri tərəvətləndirən ədviyyat" adlandırırdı.

Badyanın faydalı və müalicəvi xüsusiyyətləri saymaqla bitmir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bir çox digər ədviyyatlar kimi badyan da orqanizmə xərçəng əleyhinə təsir edir.

Badyan bağırsaqların fəaliyyətini yaxşılaşdırır, köpün qarşısını alır, yeməkdən sonra ağırlıq və həzmsizliyi, mədədə iltihabı azaldır, mədə turşuluğunu tənzimləyir.

Taxikardiyadan əziyyət çəkənlərə də badyan faydalıdır - ürək döyünməsinin tezliyini azaldır, ürək ritmini tənzimləyir.

Badyan orqanizmə iltihabəleyhinə, möhkəmləndirici, stimullaşdırıcı təsir edir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır.  

Badyan sinir sistemini möhkəmləndirir, gərginliyi azaldır, depressiya zamanı kömək edir. Ədviyyat beyin qan dövranını yaxşılaşdırır, baş ağrılarını azaldır.

Badyan çayı sidik kisəsi və uretrada iltihabları azaldır, orqanizmdən toksinlərin çıxamasını sürətləndirir .

Güclü spazmolitik xüsusiyyətlərə malik olduğundan badyan ağrıları və spazmaları azaldır. Mədə və bağırsaq spazmları, menstrual ağrılar zamanı badyan çayı yaxşı kömək edir.

Badyan çayı qadınlarda menstrual dövrünü tənzimləyir, əmizdirən analarda südün ifrazını artırır.

Badyan nəfəsi təravətləndirir, pis ağız qoxusunu yox edir.

Öskürək zamanı badyan nəfəs yollarını selik və mikroblardan təmizləyir.

Nəzərə almaq lazımdır ki, badyanı çoxlu miqdarda və müntəzəm olaraq istehlak etmək olmaz.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.