Sağlamlıq

Ürəyin və damarların dərmanı ROZMARİN - 1 qaşıq kifayətdir

22 Aprel 2019 22:14
3 Şərh     Baxış: 10 964
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rozmarin ətirli ot olub, kulinariyada da geniş istifadə olunur. 

Araşdırmalar göstərib ki, bu bitki yaşlı insanlarda beyin, ürək qan dövranını yaxşılaşdırır, ateroskleroz proseslərində effektiv təsir göstərir.

Milli.Az medicina.az-a istinadən rozmarindən hansı xəstəliklərdən necə istifadə edəcəyinizi təqdim edir.

-Beyin və ürəyin qan dövranını yaxşılaşdırmaq üçün 1 çay qaşığı rozmarin yarpaqları 2 stəkan qaynar suda dəmlənir, daha sonra süzülür. Gündə 3 dəfə yeməkdən 1 saat öncə 2 xörək qaşığı miqdarında içilir.

-Hüceyrələri yeniləyir.

Bunun üçün rozmarin efir yağını kremlərə əlavə edirsiz. Eləcə də rozmarin dəmləməsi ilə üzünüzü yuyursuz.

-Oynaq ağrılarını, travmalarını, iltihabını götürür.

-Stress və yorğunluq zamanı çayı içilir, vannası qəbul olunur.

Çayın hazırlanması:

1 xörək qaşığı rozmarini termosda 300 ml qaynar suda dəmləyin. 30 dəqiqə dəmə qoyulur. Sonra süzülüb, termosda saxlanılır. Sutkada 3 dəfə yeməkdən öncə yarım stəkan içilir. 

Kurs müalicə 21 gün.

Bu çay həm də piyləri əridir, arıqladır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.