Sağlamlıq

Qarğıdalı saçağının inanılmaz FAYDALARI

27 Fevral 2019 23:33
1 Şərh     Baxış: 7 275
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qarğıdalı yeyərkən əksər hallarda onun saçaqlarını atırıq. Lakin qarğıdalı saçaqlarının insan orqanizminə olan faydalarını bilsək, onları atmarıq. 

Milli.Az medicina.az-a istinadən qarğıdalı saçağının inanılmaz faydalarını təqdim edir.

Çay olaraq dəmlənən qarğıdalı saçağı qarğıdalının özündən daha xeyirlidir. Qarğıdalı saçağı B6, C, E VƏ K vitaminləri ilə zəngindir. Saçaqlarda kalsium, kalium, dəmir, selen və sink var. 

Sadalanan minerallar və vitaminlərlə zəngin olan qarğıdalı saçağı səhhətə olduqca xeyirlidir. Qarğıdalı saçağı çayı sidik yolları, sidik kisəsinin və prostat vəzi infeksiyası kimi xəstəliklərin müalicəsində istifadə edilir. 

Qarğıdalı saçağı bədəndəki toksinləri və artıq suyu atmağa yardım edir. Xroniki ürək çatışmazlığına qarşı qoruyucu sədd yaradır. 
Eyni zamanda qarğıdalı saçağı çayının arıqlatmaq xüsusiyyəti var. 

Saçaqlar həmçinin, böyrəklərdə yaranan iltihabın qarşısını alır, revmatizma ağrılarını sağaldır və əsəbləri sakitləşdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.