Hər dərdin dərmanı olan cücərdilmiş buğda - Faydaları, hazırlanması və düzgün qəbulu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cücərdilmiş buğda ümumi möhkəmləndirici, cavanlaşdıran və müalicəvi vasitə kimi istifadə olunur.
Xarici ölkələrdə hazır cücərdilmiş buğda vakuum qablaşdırmalarda supermarketlərdə satılır.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, cücərdilmiş buğda həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, sinir sisteminin funksiyalarına müsbət təsir edir, immuniteti gücləndirir, xərçəng xəstəliklərin profilaktik vasitəsi sayılır.
Cücərdilmiş buğdanı müntəzəm olaraq qəbul edən insanlar iş qabiliyyətinin, fəallığın artmasını hiss edirlər.
Adi buğda ilə müqayisədə cücərdilmiş buğdanın kimyəvi tərkibi xeyli dəyişilir. Cücərdilmiş buğda zülallar, E, B qrupu vitaminləri, sink, dəmir, kalium və s. mikro- və makroelementlərlə çox zəngindir.
E vitamini orqanizmdə gedən qocalma prosesləri ilə mübarizə aparır, bərpa proseslərini sürətləndirir.
Həmçinin cücərdilmiş buğda B qrupu vitaminləri ilə zəngindir. Bu vitaminlər sinir və mədə-bağırsaq sistemləri üçün çox vacibdir.
Cücərdilmiş buğdanın tərkibində olan fol turşusu orqanizmin qanyaratma funksiyası üçün çox vacibdir. Həmçinin fol turşusu hamilə qadınlar üçün ən vacib olan vitamindir. Fol turşusu döldə sinir sisteminin qusurlarının qarşısını alan əsas vasitə kimi tanınır. Məhz bu səbəbdən həkimlər bütün hamilə qadınlara fol turşusunu həb şəklində təyin edirlər.
Cücərdilmiş buğda həmçinin sinklə də zəngindir. Sink insanın immun sisteminə çox müsbət təsir edir, dərini qocalmaqdan saxlayır. Bu xüsusilə qadınlar üçün vacibdir. Kosmetik sənaye tərkibində cücərdilmiş buğda olan çoxsaylı krem və maskalar istehsal edir.
Sink insanın cinsiyyət sisteminin normal fəaliyyəti üçün də çox vacibdir. Xüsusilə bu kişirələ aiddir. Sink spermatozoidlərin hərəkətliliyini artırır. Sonsuzluqdan əziyyət çəkən kişilər bu təbii müalicəvi vasitədən istifadə edə bilərlər.
Cücərdilmiş buğdanı ev şəraitində hazırlamaq çox asandır. Dükandan qidalı buğda alın, təmiz enli şüşə və ya minalanmış qaba tökün, üzərinə ilıq suda isladılmış tənzif qoyun və ev şəraitində saxlayın (səməni cücərtdiyimiz kimi). 1-1,5 gündən sonra buğdanı istifadə etmək olar. Cücərti 3 mm kimi olmalıdır. Əks halda cücərdilmiş buğdanın xeyirli xüsusiyyətləri daha az olacaq.
Buğdanı əzib balla qarışdırın və səhər tezdən ac qarına qəbul edin (balsız da qəbul etmək olar). Həmçinin buğdanı istənilən tərəvəz salatlarına, süd məhsullarına əlavə etmək olar. Buğdanı az-az cücərdin. Cücərdilmiş buğdanı uzun müddət ərzində saxlamaq olmaz (1-2 gün soyuducuda). Saxlanma zamanı cücərdilmiş buğdanın faydalı xüsusiyyətləri itir.
Cücərdilmiş buğdanı cavanlaşdırıcı maskalar tərkibində istifadə etmək olar. Bunun üçün 2 xörək qaşığı buğdanı blenderdə əzin, 1 çay qaşığı zeytun yağı və 1 çay qaşığı limon şirəsi ilə qarışdırın və təmiz üz dərisinə çəkin. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun və qidalandırıcı krem çəkin.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu cür öskürək ürək xəstəliklərindən xəbər verirmiş
-
Elm adamları açıqladı: Qocalmanın sürətləndiyi iki xüsusi yaş dövrü var
-
Gecələr qatıq yeməyin faydaları və zərərləri
-
Yundan istifadə edərək sümüklərimizi bərpa etmək mümkündür: Tibdə inqilabi kəşf
-
Uşaqlarda diş çıxarma dövrü - Valideynlər nələri bilməlidir?
-
Bir gündən sonra corablarınızda YAŞAYIR
XƏBƏR LENTİ
-
Nizami Gəncəvinin abidəsi təhqir olundu - VİDEO
-
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
-
Tramp İranla razılaşmanın şərtlərini sərtləşdirib
-
"Arsenal" yeni qapıçı hədəfə aldı
-
Overçuk: “Ermənistanın heç vaxt Rusiyadan başqa qazı olmayacaq”
-
Fransada saxlanılanların sayı 780 nəfərə çatıb
-
Enrike ilə bağlı qərar verildi
-
Bu cür öskürək ürək xəstəliklərindən xəbər verirmiş
-
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
-
Saleh Bağırov müğənni haqqında: Olduqca təhlükəli və əxlaqdan bixəbərdir
-
Bərdədə ağır qəza - 10 nəfər xəsarət alıb - YENİLƏNİB
-
Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir
-
Zirə 5 futbolçu ilə yollarını ayırdı
-
UEFA ölkə klub əmsalları cədvəli yenilənib
-
Cüdoçumuz Avropada qızıl medal qazandı
-
Meteohəssas insanların NƏZƏRİNƏ
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
PSJ görün neçə milyon pul qazanıb
-
Xameneinin dəfn mərasiminə hazırlıq başladı
-
Britaniyanın xarici işlər naziri Çinə gedəcək
-
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib - FOTO
-
"Makedon" vəfat etdi
-
Rusiya “Oreşnik”i bu əraziyə yerləşdirdi
-
Bakıda ilk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək





