Miniatür portağalın tibbi və kosmetoloji dəyəri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kumkvat sitrus bitkilərinə aid olub zahirən miniatür portağala bənzəyir. Onu bəzən müxtəlif cür-yapon portağalı, qızıl portağal, fortunella, əfsanəvi naringi, kinkan, yapon heyvası və s. adlandırırlar. Kumkvat sözü Çin dilindən tərcümədə "qam qvat" - qızıl portağal deməkdir. Avropalılar bu bitkinin faydalı xüsusiyyətlərini son vaxtlar aşkarlamağa başlayıblar. Onun maraqlı özəlliyi qabığının şirin, lətinin isə turş olmasıdır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, kumkvatın vətəni cənub-şərqi Çin hesab edilsə də, o, buradan digər Asiya ölkələri və Yaponiyaya, daha sonra isə ABŞ-ın cənubuna yayılıb. Onun bəzi sitrus bitkiləri ilə bir çox təbii və süni hibridləri var. Kumkvatdan dekorativ bitki kimi bonsayların düzəldilməsində də istifadə edilir. Qədim zamanlarda onu müdriklərin qidası hesab edirdilər.
Kumkvat orqanizmin immun müqavimətini bərpa edir, onu soyuqdəymə və respirator virus infeksiyalarından qoruyur, xəstəlik törədən bakteriya və göbələkləri məhv edir, mədə-bağırsaq sisteminin fəaliyyətini normallaşdırır. Qurudulmuş halda istifadə ediləndə mədə və bağırsağın xora xəstəliyinin qarşısını alır. Tərkibində külli miqdarda efir yağlarının olmasına baxmayaraq, onun 100 qramının energetik dəyəri cəmi 65 kkal-dir. Ona görə də bu miniatür portağalı əsl diyetik qida hesab etmək olar.
Kumkvat bitkisinin bir çox tibbi faydaları var. Çin təbibləri quru və xroniki öskürək zamanı kumkvatdan hazırlanmış cövhəri balla qarışdırıb qəbul etməyi məsləhət görürlər. Bitkidən hazırlanmış cövhərə zəncəfil əlavə etməklə soyuqdəymə əleyhinə təsirli dərman əldə etmək mümkündür.
Kosmetologiya sahəsində kumkvatdan təbii ağardıcı vasitə kimi də istifadə edilir. Hətta ondan bəzi kremlərin tərkibində də istifadə olunur. Lakin bu bitkidən daha çox təbii halda istifadə edilir. Dəridə olan çil və ləkələrlə mübarizə aparmaq üçün yetişməmiş kumkvatın şirəsi işlədilir. İlk prosedurdan sonra dərinin rəngi əvvəlkindən təxminən 40 faiz açıq tonda olur.
Bitkinin qabığı digər sitruslar kimi efir yağları ilə zəngin olduğuna görə onu aromaterapiyada tətbiq edirlər. Qabığının xoş ətri bədənin tonusunu artırmaq xüsusiyyətinə malikdir. London universitetinin alimləri müəyyənləşdiriblər ki, hər gün kumkvatdan istifadə ayda beş kiloqram çəki atmağa imkan verir. Lakin arıqlamaq məqsədilə qurudulmuş kumkvatdan istifadə etmək məsləhət deyil, çünki onun kalorisi təzəsindən çoxdur. Kumkvata olan fərdi həssaslıq bitki ilə əlaqədar əks-göstəriş sayılır.
Evin hər tərəfinə kumkvat qabıqları qoymaqla virus infeksiyalarının qarşısını almaq olar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bərdədə at arabasını avtomobil vurdu - Ölən var
-
"Qarabağ"ın legioneri millidə zədələndi
-
Qumralın əri də müğənniliyə başladı - (Video)
-
Millətlər Liqası: Fransa Belçika yığmasına qalib gəldi
-
Neftin qiyməti kəskin bahalaşdı
-
Paytaxtın 17 küçəsində tıxac var
-
UEFA Millətlər Liqası: Türkiyə evdə darmadağın oldu
-
Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı çağırış
-
Tikinti sektorunda yeni dələduzluq - (Video)
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Leyla Əliyeva “Harmoniya” sənədli filminin təqdimat mərasimində iştirak edib - (Foto)
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)





