Sağlamlıq

Məşhur ağrıkəsicinin ölümcül təhlükəsi açıqlandı

5 Sentyabr 2018 23:09
5 Şərh     Baxış: 12 659
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Diklofenak ürək-damar xəstəliklərinin yaranması riskini 50 faizə qədər artırır. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, araşdırmaların nəticəsi "British Medical Journal" tibbi jurnalında dərc olunub. 

Araşdırmalarda yaşları 46-49 olan 6,3 milyon Danimarka sakini iştirak edib. Alimlər diklofenak qəbulunun ürək çatışmazlığı, insult və aritmiya ilə əlaqələrini müəyyən ediblər. Bununla belə, fəsadları dərman qəbulundan bir ay sonra müşahidə olunub. 

Qeyd edilib ki, neqativ effekt bu preparatdan az istifadə edən şəxslərdə də müşahidə edilib. 

Bundan başqa, diklofenak qəbul edən şəxslər ürək-damar xəstəliklərinə qarşı daha həssas olublar. Diklofenak həyati vacib dərman preparatlarının siyahısına daxildir. Bir çox ölkələrdə o, həkim resepti olmadan satılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.