Sağlamlıq

Bağırsaqları saat kimi işlədəcək 5 təbii probiotik

30 May 2018 23:52
1 Şərh     Baxış: 18 513
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bağırsaqların normal mikroflorası insanın ümumi sağlamlığında böyük rol oynayır.

Normal mikroflorada faydalı mikrobların (lakto, bifido bakteriyalar və s.) sayı çox, ziyanlı mikrobların sayı azdır. Bu faydalı mikroblar orqanizmdə gedən bir çox proseslərə təsir edir - immun sistemini möhkəmləndirir, xərçəng xəstəliklərindən və o cümlədən bağırsaq xərçəngindən qoruyur, həzm proseslərini tənzimləyir, qəbizliyin və ishalın qarşısını alır.   

Mikrofloranın pozulması (yəni faydalı mikrobların azalması, patoloji mikrobların çoxalması) bir çox pozulmalara və o cümlədən bağırsaq fəaliyyətinin ləngiməsinə, qəbizliyin inkişafına səbəb olur.

Belə vəziyyətdə probiotiklər kömək edir. Probiotiklər faydalı bakteriayalardır, onlar mikrofloranı yaxşılaşdırmağa kömək edir. Həkimlər disbakteriozdan əziyyət çəkən insanlara probiotikləri müxtəlif dərmanlar şəklində təyin edir (məsələn, lineks). Lakin probiotiklər müxtəlif qida məhsullarından da almaq olar.

Milli.Az saglamolun.az-a istinadən təbii probiotiklərin siyahısını təqdim edir.

1. Qatıq.

2. Kefir.

3. Pendir. Bu bütün pendir növlərinə aid deyil, çedder, holland pendiri, qauda, mozarella, brınza kimi pendirlərə aiddir.  

4. Kəsmik.

5. Duzlu kələm (sirkəsiz, biz ona adətən "molokan kələmi" deyirik).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.