Sağlamlıq

Sən demə, ailəli insanlar...

25 Mart 2018 03:30
5 Şərh     Baxış: 3 600
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu fikir bir az qəribə səslənsə də, alimlərin gəldiyi son qənaət bir daha sübut edir ki, ailəli insanlar tənhalardan daha çox yaşayırlar.

Milli.Az müqayisə üçün bir neçə faktı təqdim edir:

Ailə quran insanlar tənhalara nisbətən daha uzun ömürlü olurlar;

İnsult və infarkt riskləri daha az olur;

Depressiyaya daha az düşürlər (çünki buna vaxtları olmur);

Hətta xərçəng xəstəliyinə tutlan ailəli insanların müalicədən sonra daha çox yaşamaq ehtimalı var;

Cərrahiyə əməliyyatı keçirəndən sonra daha da orqanizm özünü daha tez bərpa edir.

Bu, o demək deyil ki, ailə həyatı quran hər kəs digərlərinə nisbətən daha xoşbəxt olur. Bəzən qurulan ailələr hər iki tərəfi məhvə aparır, əsəbləri tarıma çəkir. Lakin ümumilikdə normal şərtlər altında qurulan ailələrdə sadalanan bütün faktlar həqiqətə uyğundur. Hətta araşdırmalardan bəlli olub ki, ailə kişi sağlamlığına qadından çox müsbət təsir edir.

İş orasındadır ki, ailə həyatı insanların digərləri qarşısında məsuliyyət hissini artırır. Ailə üzvlərinin rifahı üçün daha az riskə gedib, sağlam həyat tərzinə üstünlük verirlər. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.