Küncütün sağlamlıq üçün HEYRƏTAMİZ FAYDALARI - Reseptlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Küncütün faydalı və müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur.
Belə ki, qədimdə küncüt və küncüt yağı ilə sonsuzluğu, cinsi zəifliyi müalicə edirdilər. Küncüt qadın və kişi cinsiyyət sistemləri üçün həqiqətən çox faydalıdır. Bu bitki güclü afrodiziakdır (cinsi həvəsi artıran məhsul), həmçinin onun tərkibində olan fitoestrogenlər qadın dölyaratma sisteminin fəaliyyətinə çox müsbət təsir edir.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, küncüt qanda "pis" xolesterolun və şəkərin səviyyəsini aşağı salmaq xüsusiyyətinə malikdir.
Küncütün tərkibində güclü antioksidant "sezamin" var. Bu maddə xərçəngin profilaktikasında effektlidir.
Toxumların tərkibində olan yağlı turşular ürək-damar sisteminin sağlamlığı üçün çox faydalıdır, insult və infarktın riskini azaldır.
Küncüt immun sistemini möhkəmləndirir. Bu məqsədlə küncütün balla qarışığı istifadə olunur. Bu faydalı qarışıq insanı qripp və soyuqdəymə xəstəliklərindən qoruyur, orqanizmə yaxşı iltihab, virus və mikrob əleyhinə təsir edir.
Qidalı liflərlə zəngin küncütün həzm sisteminə olan müsbət təsiri danılmazdır - bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi müalicə edir, orqanizmi ziyanlı maddələrdən təmizləyir. Bu məqsədlə 1 x.q. küncütü qatığa əlavə edin, qarışdırın, yarım saat saxlayın və sonra bu qarışığı qəbul edin.
Kalsiumla zəngin olan küncüt sümük və oynaqların sağlamlığı üçün də olduqca faydalıdır. Mütəxəssislər sümük və oynaqları sağlam saxlamaq istəyənlərə hər gün 1 x.q. küncütü (uşaqlar üçün 1 ç.q.) yarım saat ərzində ilıq suda islatmağı və sonra qəbul etməyi tövsiyə edirlər.
Tərkibində A, E və C vitaminləri kimi güclü antioksidanların sayəsində küncüt orqanizmi cavanlaşdırır, xroniki xəstəliklərinin inkişafına mane olur.
Küncütün faydalarından biri də radiasiyaya və ya davamlı bənzər şüalara məruz qalaraq işləyənlərə bərpaedici təsir verməsidir. Bu şəxslərin küncüt istehlak etmə vərdişini qazanmaları faydalıdır.
Nəzərə almaq lazımdır ki, gün ərzində 1-2 x.q. küncüt orqanizm üçün kifayətdir. Mütəxəssislər küncütü çiy halda yeməyi tövsiyə edirlər. Qəbul etdikdən əvvəl küncütü suda isladın və ya quru tavada bir az (!) qızdırın - bu küncütün mənimsənilməsini asanlaşdırır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ölümcül virus təhlükəsi: 190 nəfər həyatını itirdi
-
Bu ölkədə daha bir nəfərdə hantavirus aşkarlandı
-
Daha bir ölkədə hantavirus aşkarlandı
-
Çirkli hava piylənmə yaradır? - Maraqlı araşdırma
-
Zərərsiz görünən vərdişlər sağlamlıq üçün TƏHLÜKƏLİDİR
-
Sağlam deyib mətbəxin baş küncünə qoymuşduq - O cihaz qadağan edilir
XƏBƏR LENTİ
-
"Real Madrid"də köklü dəyişiklik: 9 nəfər göndəriləcək
-
Bakı sakinlərinə xəbərdarlıq: Sabah alternativ yollardan istifadə edin
-
Britaniya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb FOTO
-
İnternetdə tanış olduğu qadın kişini tələyə saldı - FOTO
-
ABŞ bu ərazidə yeni hərbi bazalar planlaşdırır
-
Gürcüstandan Azərbaycana xəstə heyvanlar gətirmək istədilər
-
Maştağada yaşayış evi qrunt sularının altında qaldı
-
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edildi
-
Əhalinin banklara etibarı güclənir?
-
Elektron siqaretlərlə bağlı QƏRAR - RƏSMİ
-
Hantavirus necə yayılır? - İnfeksionist açıqladı
-
Qapılara yapışdırılan elan vətəndaşa baha başa GƏLDİ
-
"Real Madrid"in yeni baş məşqçisi artıq BƏLLİDİR
-
Səhnəyə Azərbaycan bayrağı ilə çıxdı - VİDEO
-
WUF13-ün tədbir zalı 6000 nəfərə qədər iştirakçını qəbul edə biləcək
-
Anasını öldürməkdə təqsirləndirilən şəxs barədə şok FAKTLAR
-
9 əkiz uşağının 5 yaşını keçirdi: Möcüzə BAŞ TUTDU - VİDEO
-
“Araz-Naxçıvan” onu göndərdi
-
Açıq hava formatında WUF13 Bulvarı yaradılıb
-
Arda Turan yeni mövsümdə bu komandanı ÇALIŞDIRACAQ
-
Alimlərdən XƏBƏRDARLIQ: Virusun mənbəyi fərqlidir
-
UFC Azərbaycan: Döyüş cədvəli açıqlandı
-
Komendant bunları sizə qadağan edə BİLMƏZ
-
15 yaş kiçik sevgilisindən 3-cü övladı oldu - FOTO





