Sağlamlıq

Astmanın dərmanı: şam qozasının mürəbbəsi - HAZIRLANMA QAYDASI

5 İyul 2017 07:00
8 Şərh     Baxış: 4 830

Əksəriyyətimizin əyləncə, bəzək əşyası kimi baxdığı şam ağacı qozası əslində sağlamlıq üçün çox faydalıdır. Təzə şam ağacı qozaları hələ qədim zamanlardan astma, bronxit, soyuqdəymə, oynaq xəstəlikləri zamanı geniş istifadə olunur. Şam qozası fitonsid maddələrlə olduqca zəngindir. Bu maddələr orqanizmə iltihab və mikrobəleyhinə təsir edir, immun sistemini gücləndirir. Bundan əlavə şam ağacının qozalarında çox nadir və qiymətli "tanin" maddələri var ki, onlar insult zamanı beyin hüceyrələrinin ölməsini xeyli ləngidir. 

Şam qozaları dəmləmə şəklində istifadə olunur. Bundan başqa ondan mürəbbə də hazırlanır. Milli.Az ailem.az-a istinadən şam qozası mürəbbəsinin hazırlanma qaydasını təqdim edir. Resepti həkim Mahir Orucov şəxsi facebook səhifəsində paylaşıb.

Qeyd edək ki, şam qozalarının əsasən may ayının sonunda, təzə-təzə yığılması məsləhətdir.
 
Qozalar təmiz yuyulur, dörd yerə bölünür. 

Üzərinə çıxana qədər qaynar su tökülür və 10 saat ağzı bağlı saxlanılır. Sonra qaynadılır, yenə 10 saat soyudulur. Bu proses 3 dəfə təkrarlanır. Sonda qozaların yığıldığını görəcəksiniz. Qozaları sudan çıxarıb atın, suyuna uyğun - 1 litrə 1 kq şəkər tozu əlavə edin, təxminən bir saat bişirin. Yəni bu mürəbbənin ancaq suyu bəhməz kimi istifadə olunur. 

Mürəbbə dərman qədər təsirli olduğundan gün ərzində sadəcə 1-2 qaşıq çaya, suya əlavə edib içmək olar.
 
Şam qozasının mürəbbəsi öskürəyə, ciyərlərə, bronxlara olduqca xeyirlidir, hətta astma xəstəliyini müalicə edir.

Milli.Az

Şərh yaz:

8 Şərh:

  • Anonim
    Mən · 5 İyul 08:0500

    Onun mürəbbəsini mən Gürcüstanda Borjomidə görmüşəm.orda şam qozasından hazırlanan məhsullar satılırdı.

    Cavab yaz
  • Anonim
    $.$.$. · 5 İyul 08:3200

    cox saq olun bişirib effekinə baxarıq

    Cavab yaz
  • Anonim
    a · 5 İyul 08:3600

    Coox maraqlidi.Biwiren varsa yazsin,dadi nece olur

    Cavab yaz
    • Anonim
      Türkan · 6 İyul 11:5910

      Bu dediyi behmezdi men murebbesini yemişəm anam Yessentukiden almışdı. Men şirniyyat ve murebbelere nifret edirem yeyen deyiləm. Anam da bilirdi sadece ona maraqlı geldiyinden balaca bir banka almışdı.Ayy Allah hele men omrumdd bele dadli qeyriadi murebbe yememisdim.Sadece heyat idi.2 gune qurtardim ve anamdan kusdum ki niye az almisam o da dedi beyem 2den 1 den murebbe yeyen idin???

      Cavab yaz
  • Anonim
    Nara · 5 İyul 09:1000

    salamlar.ag tutun behmezi de eynile bu cur faydali xususiyyetlere malikdir ve qizilgul yarpaqlarinin murebbesi.

    Cavab yaz
  • Anonim
    Buyy · 5 İyul 10:3500

    Nece gundu kulinariyada hecne yox idi , axir ki teze menyu geldi o da qoza .Butun yemekeri oyretdiler indi de novbe catdi qozaya? Durub - durub. tapdiqlari bu oldi .Indi de qoza yeyek

    Cavab yaz
  • Anonim
    iqtisadci · 5 İyul 13:3910

    Bu mehlula murebbe yox, behmez desek daha uygun olar. Men cox iller bundan once biwirmiwem. Uwaqlar oskururduler. Turwbeze olur ve dadlidir. Oskureyin dermanidir. Uwaqlar bagcadan oskureye tutulmuwdular. Bogulurdular oskurekden. Mene qozanin biwirilme reseptini verdiler ve biwirdim. Cox gozel effekt verdi. Ancaq sehv etmiremse 32 eded wam qozasi lazimdir. Murebbe kimi suyu metli olmalidir. Biwirin xeyirlidir.

    Cavab yaz
  • Anonim
    Zema · 19 Sentyabr 16:0300

    xanımalar şam qozasın mürebesi. qoz mürebesine benzeyir biraz yeyenden sonra acılık olur. Öskürek verem asma xeseteliyine dermandır 51 güne başa gelir bunun bişmesi. Qozanın demlemside faydalı men. asma xestesi idim şükür indi dermansız onla sagaldım. herkese reva bilirem

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.