Sağlamlıq

Əməköməcinin sağlamlıq üçün 7 FAYDASI

5 May 2017 23:14
9 Şərh     Baxış: 19 156
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməköməci ən qədim müalicəvi bitkilərdəndir. Qədim Yunanıstan və Misirdə bu bitki müxtəlif xəstəliklər və həmçinin əqrəb, ilan sancması zamanı müalicəvi vasitə kimi istifadə olunurdu.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, əməköməcinin tərkibində olan nadir maddələr bir çox xəstəliklər zamanı yaxşı müalicəvi təsir edir.

- Əməköməci öskürək və bronxit zamanı kömək edir - bəlğəmin çıxmasını asanlaşdırır, nəfəs yollarını təmizləyir, mikrobları öldürür.
- Angina, ağız boşluğu intihabları, damaq iltihabları zamanı effektlidir.
- Mədə-bağırsaq sisteminə antiseptik təsir edir, ishal zamanı kömək edir.
- İmmun sisteminin fəaliyyətini stimullaşdırır. Bu məqsədlə əməköməcinin güllərindən hazırlanmış çay istifadə olunur. 1 x.q. quru güllərin üzərinə 1 stəkan qaynar su tökülür, 1 saat ərzində dəmlənilir, gün ərzində 2 dəfə yarım stəkan olmaqla adi çay kimi içilir. Çaya bal əlavə etmək olar.
- Babasil zamanı kömək edir. Bunun üçün əməköməcidən xüsusi məlhəm hazırlayırlar.
- Sidikqovucu təsirə malikdir.
- Dəridə olan müxtəlif yaralar və xoralar zamanı kömək edir, sızanaqları və iltihabları müalicə edir, dərini təmizləyir. Dərini cavanlaşdırır, daha elastik edir, tonusunu artırır. Bu xüsusiyyətlərə görə əməköməci tez-tez anti-age kremlərinin tərkibinə daxil edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.