Qarın yağlarını əritmək üçün 8 məsləhət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Düz qarın hər zaman çəkici görünməyi təmin edir. Bəs bunun üçün nə etməli? Necə mübarizə aparmalı? Milli.Az atv.az-a istinadən xəbər verir ki, geyindiyiniz hər şeyin əyninizdə daha yaxşı oturması və başqa qadınların qısqandığı bədənə sahib olmaq üçün bunlara əməl etməli olacaqsınız.
1) Duruşunuza diqqət edin. Düz dayanmaqla qarın əzələlərinin daha yaxşı işləməsini təmin edə bilərsiniz. Qulaqlarınız çiyin xəttində olmalı və dizlərinizi bükməməlisiz. Çiyinləriniz də köynək asdığınız asqı kimi düz olmalıdır. Əyri dursanız, donqarınız çıxdığı üçün qozbel görünər, həm də zamanla qalıcı ola bilər. Ağırlığı topuqlara verin. Beləcə həm düzgün qamətə sahib olar, həm də qarın əzələlərinin sağlam işləməsini təmin edə bilərsiniz.
2) Bədəni bütün düşünün. Qarın əzələlərini işlədərkən bədənin digər hissələrini də nəzərə alın. Düz qarına sahib olmaq üçün kürək və bel hissəsində olan əzələlərinin də vəziyyəti önəmlidir. Həmçinin bütün bədəni balanslı şəkildə işlətməsəniz, qarnınız düz olacaq, amma digər yerlər zəif qalacaq.
3) Qayıq dönüşü. Dik durun, ayaqlarınızı çiyin xəttində ayırın. Əllərinizi birləşdirin və avar çəkdiyinizi təsəvvür edin. Sağ və sol tərəfdə birləşdirdiyiniz əllərinizi qayıqda oturmuş kimi avar hərəkətini 20 dəfə təkrar edin. Bu məşqləri edərkən dərindən nəfəs alın.
4) Pişik təpiyi. Ayaqlarınızı birləşdirib dik durun. Qollarınızı təyyarə qanadları kimi iri açın. Nəfəs verin, eyni zamanda, qıçınızı qaldıra bildiyiniz qədər yuxarı qaldırın. Qollar da öndə paralel olaraq dayanmalıdır. Bu hərəkəti hər bir qıç üçün 20 dəfə təkrar edin. Bu bölgədə olan əzələləriniz çalışacaq və yağların əriməsini təmin edəcək.
5) Əsnəmə. Dik durun, topuqlarınızı birləşdirin və əllərinizi qarnınızın altında kilidləyin. Nəfəs verin və qollarınızı darta bildiyiniz qədər aşağı doğru itələyin. Eyni zamanda, barmaq ucunuzda qalxmağa çalışın. Bu hərəkəti də 10 dəfə təkrarlayın.
6) Qidalanmağınıza diqqət edin. Nə qədər məşq edirsiniz-edin, yediklərinizə diqqət etmədiyiniz müddətdə qarnınızı istədiyiniz formaya sala bilməzsiniz. Unutmayın ki, mədəniz qarnınızda yerləşir, onun dolu olması isə birbaşa gözəlliyinizə kölgə salır.
7) Realist olun. Genləriniz bədən quruluşunun hansı formada olmasında əhəmiyyətli rol oynayar. Ancaq "Onsuz da ailəmdəki hər kəs kökdür" deyib də, şirniyyatlara hücum etmək doğru deyil. İstədyiniz hədəfə çatmaq üçün qarşınıza məqsəd qoyaraq motivasiya olsanız, ideal bədən quruluşuna sahib olmağın əslində, o qədər də çətin olmadığını görəcəksiniz.
8) Tələsməyin. Heç kim bir gündə mükəmməl qarına qovuşmayıb. Bunun üçün səbirli olub əziyyət çəkməlisiniz. Qarnınızı əritmək üçün gündə sadəcə 20 dəqiqənizi ayırmaq kifayətdir. Unutmayın ki, hər şeyin başında səbir dayanır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qulaqdakı bu xətt infarkt riskini göstərir
-
Səhərlər etdiyimiz bu səhv sağlamlığa təsir edir
-
Yayın vazkeçilməzidir, faydaları saymaqla bitmir
-
Buzun üzə faydaları: Bioloji əsasları, doğru istifadəsi və diqqət edilməli məqamlar
-
Gözümüzü günəş şüasından necə QORUYAQ?
-
Bu şəxslərin beyni daha gec YAŞLANIR
XƏBƏR LENTİ
-
Əsl kərə yağı, yoxsa bitki yağı?
-
Qulaqdakı bu xətt infarkt riskini göstərir
-
Səhərlər etdiyimiz bu səhv sağlamlığa təsir edir
-
Şadlıq evinin qarşısında səs-küy salanlar sərxoş olub - Polis insidentin qarşısını alıb - YENİLƏNİB VİDEO
-
Yayın vazkeçilməzidir, faydaları saymaqla bitmir
-
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
-
Şəhər həyatını tərk etdi - FOTO
-
Seçkilərin yekun nəticələri bu tarixdə açıqlanacaq
-
Tokayevin Paşinyana təbriki - Kremlə mesaj
-
Dünya çempionatının ilk matç tarixi qeyri-iş günü elan edildi
-
İnternat məzunu Səbinənin təmtəraqlı toyu: Tanınmış simalar onu tək qoymadı - VİDEO
-
Günün qoroskopu: İnsanlar sizdən ilham alacaq
-
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb - FOTO
-
“Real Madrid” onun üçün150 milyon ödəyəcək - FOTO
-
Pezeşkian Paşinyanı bu sözlərlə təbrik etdi
-
Tanınmış müğənninin evinə raket qalıqları düşdü - FOTO
-
“Barselona”nın növbəti baş məşqçi namizədi müəyyənləşdi
-
Azərbaycan ictimaiyyətinə ağır itki - FOTO
-
Vurulan gəmidə olan azərbaycanlının ailəsi danışdı: Hələ də xəbər yoxdur... - VİDEO
-
Bakının iki rayonunda işıq olmayacaq - YENİLƏNİB
-
Azərbaycan və Gürcüstan regional əməkdaşlıq məsələlərini müzakirə ediblər - FOTO
-
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib (FOTO)
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri müzakirə edildi - FOTO
-
"Başqası olsaydı, bəlkə də bu qədər üzülməzdim"





