Sağlamlıq

Uzun və baxımlı dırnaqlar üçün maskalar

2 Yanvar 2016 14:14
3 Şərh     Baxış: 4 964
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dırnaqlarınız tez-tez qırılır, istədiyiniz uzunluqda, baxımlı dırnaqlara qovuşa bilmirsiniz?

Elə isə publika.az-ın təqdim etdiyi maskalar köməyinizə gələcək: 
 
 
Gənəgərçək yağı maskası: 
 
2 çay qaşığı süfrə duzu ilə 1 çay qaşığı buğda yağını və 1 çay qaşığı gənəgərçək yağını qarışdırın. Bu maskanı dırnaqlarınıza çəkib 15 dəqiqə gözləyin. Daha sonra əllərinizi ilıq su ilə yuyun. 
 
Limon maskası:
 
Dırnaqlara parlaqlıq verən şəffaf "top-coat"ın yarısını boşaldın. Şüşəyə 10 damcı limon şirəsi əlavə edin. 
Daha sonra adi qaydada "top-coat"ı istər dırnaq boyasından əvvəl, istərsə də sonra çəkin. Məhsulun tərkibinə əlavə etdiyiniz limon şirəsi sayəsində dırnaqlarınız daha güclü olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.