Hamilə qalmağın TƏBİİ YOLLARI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uşağın sağlamlığı ana bətnində başlayır. Təbii yollarla hamilə qalmaq buna təsir edən amillərdən biridir. Aile.lent.az təbii yollarla hamilə qalmaq üçün bəzi məsləhətlər təqdim edir.
Ana və ata olmaq insanın həyatda yaşadığı ən gözəl hisslərdən biridir. Bu gözəl duyğuya sahib olmağın ilk addımı hamilə qalmaqdır. Ananın hamilə olması onun özünün və gələcək atanın həyatında çox şeyi dəyişir. Bir körpənin dünyaya gəlməsi, onu ilk dəfə qucağa almaq əvəzedilməz duyğudur. Əgər hamilə qalmağı planlaşdırırsınızsa, ruhən və fiziki baxımdan özünüzü buna hazırlamalısınız. Hamilə qalmazdan öncə edəcəyiniz bir çox dəyişikliklər həm hamilə qalma ehtimalını artırır, həm də sağlam hamiləlik keçirərək, sağlam bir körpə dünyaya gətirmək şansınızı yüksəldir.
Övlad istəyən cütlüklərin 85 faizi buna cəhd etməyə başladıqdan sonra 6 ay müddətində hamilə qalma ehtimalı var. Ovulyasiya vaxtınızı öyrənin və yumurtlamadan 1-2 gün əvvəl cinsi əlaqəyə girin. Kişinin nizamlı olaraq boşalması (2-3 gündən bir) spermanın keyfiyyətini və hərəkətliliyini yaxşılaşdırır. Bu, menstruasiya ilə yumurtlama arasındakı vaxtda olmalıdır. Sağlamlığınızı, pəhrizinizi və yaşayış tərzinizi yaxşılaşdırın. Bu, hər iki tərəfə aiddir.
Uşaq sahibi olmağı planlaşdırdığınız zaman əvvəlcə ana və ata öz həyat tərzini gözdən keçirməlidir. Siqaret və spirtli içki hamiləlikdə həm ana, həm də körpənin sağlamlığına mənfi təsir edir. Siqaretin məlum olan ən geniş yayılmış zərərləri düşmə ehtimalının yüksək olması, infeksiyalara yoluxma, vaxtından əvvəl doğuş və s. ola bilər. Bundan başqa "ana və körpə ölümü sindromu" siqaret çəkən anaların körpələrində daha çox rast gəlinir.
Sağlam qidalar yediyinizə əmin olun. Normal çəkinizi qoruyun. Siqaret və ya narkotikdən uzaq durun, spirtli içki içməyin, mütəmadi olaraq idman hərəkətləri və məşqlər edin. Bununla yanaşı qadınlar gündə 0, 4 mq fol turşusu qəbul etməlidirlər. Hamilə qadınlar vaxtlı-vaxtında yoxlamalardan keçməli, qan qrupu, hepatit B və C, QİÇS və s. kimi müxtəlif xəstəliklərə tutulmamalarından əmin olmalıdırlar. 6 aydan bir döş müayinəsi etdirmək məsləhətdir. Diş həkiminə getməyi də təxirə salmayın.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kilosu 10 manata olan kartof - Batat hansı xəstəliklərdə faydalıdır?
-
Cistka trendinə aldanmayın: Prosedurun riskləri də az deyil
-
Hər gün etdiyiniz səhv ürək xəstəliklərinə səbəb ola bilər
-
Nə velosiped, nə də yürüş: Ürəyi gənc saxlamağın yolu evdə imiş
-
Dəriyə necə qulluq etməliyik?
-
Yaşıl çay sevənlərə ŞAD XƏBƏR
XƏBƏR LENTİ
-
Bu resepti bilənlər artıq dondurma almır
-
Kilosu 10 manata olan kartof - Batat hansı xəstəliklərdə faydalıdır?
-
Cistka trendinə aldanmayın: Prosedurun riskləri də az deyil
-
Hər gün etdiyiniz səhv ürək xəstəliklərinə səbəb ola bilər
-
Ozan Akbaba həyat yoldaşı ilə - FOTO
-
Mərkəzi yoldakı keçidin eskalatorları işləmir - VİDEO
-
Yazılan mesajlar yoxa çıxacaq - “WhatsApp”dan YENİ FUNKSİYA
-
Nigar Camal tələbəlik illərinə qayıtdı – FOTO
-
Günün qoroskopu: Köhnə borcları bağlamaq zamanıdır
-
Azərbaycan millisi Maltaya məğlub olub - YENİLƏNİB
-
Test nəticəsi müsbət çıxdı, serialdan qovulacaq?
-
Yamal İspaniya çempionatının ən yaxşı futbolçusu seçildi
-
Vurulan gəmidə sağ qalan azərbaycanlı danışdı
-
Millimiz dünya çempionatının 1/4 finalında
-
Bakıda yanacaqdoldurma məntəqəsində ÖLÜM
-
"Stresə düşdüm, ağladım"
-
“Sonuncu dəfə danışanda dedi ki...” - Azovda həlak olan Rəcəbin atası
-
Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib
-
Zelenski: Rusiya yenidən müharibəni seçdi
-
Türkiyə gəmisinə hücum - ölən və yaralananlar var
-
Bürcünə görə səni ən yaxşı əks etdirən şəhər məlum oldu
-
Putin: Rusiya İrana heç bir silah tədarük etməyib
-
Sadıq Sadıqov vəfat edib
-
Xameneinin müşaviri ABŞ-yə xəbərdarlıq edib





