Sağlamlıq

Boğaz ağrısından tez qurtulmaq üçün

12 Oktyabr 2015 10:15
Baxış: 129 967
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Havalar soyuduqca bədənin müqaviməti düşür. Günəş şüaları azaldığı üçün fikizi stress artır. Orqanizm zəiflədiyi üçün xəstəliyə yoluxma daha tez baş verə bilər. Buna görə immuniteti zəif olan insanlarda bu dəyişiklik özünü daha qabarıq göstərir. Hava soyuq olduğu üçün dəri quruyur, çatlayır, infeksiya və allergik reaksiyalara açıq olur. Burun və ağız içi mukoza soyuğun təsirindən quruduğu üçün qoruyucu mexanizmlər pozulur və mikroblar ağız-burun yolu ilə asanca bədənə daxil olur. Payız xəstəlikləri arasında qrip və soyuqdəyməyə daha çox rast gəlinir: soyuqdəymə və qrip viruslarla yaranan xəstəliklərdir. Əlamətləri halsızlıq, qızdırma, boğazda yanma, burun tutulması, axması və əzələ ağrılarıdır. Bakteriyaların törədikləri infeksiyalar isə şiddətli boğaz ağrısı, hərarətin yüksəlməsi, səs batıqlığı, qıcıq tərzində öskürək və ağrı meydana gəlir.

Boğaz ağrısı geniş yayılmış xəstəlikdir. Boğaz ağrısına səbəb olan müxtəlif faktorlar var. Boğaz ağrısı, əsasən, udqunanda boğazda pisləşən ağrı kimi özünü göstərən boğazın iltihablanması prosesidir. Boğaz ağrısının səbəbləri:

Virus mənşəli faringit - əsnəyin arxa divarının selikli qişasının iltihabı prosesidir (əsasən, yaz və payız aylarında bakteriya- virusların aktivləşdiyi vaxtda daha geniş yayılır). Əsas əlaməti boğazda quruluq hissinin və udqunma zamanı çətinliyin olmasıdır.

Angina - patogen mikroorqanizmlər tərəfindən törədilən badamcıqların kəskin iltihabı prosesidir. Bu zaman badamclıqların həcmi böyüyür və üzərini sarımtıl-ağ rəngli ərp örtür. Əsas əlaməti: udqunmanın çətinləşməsi, bədən temperaturunun yüksəlməsi və boyunun limfa düyünlərinin iltihablaşması baş verə bilər.

Laringit - qırtlağın iltihabı prosesidir və səs telləri həddən artıq yükləndiyi zaman ilk zərbəni alır. Proses uzun müddət davam etdikdə səs telləri zədələnir və səsdə xırıltı əmələ gəlir. Laringitə ən çox aktyorlarda, politoloqlarda, müəllimlərdə rast gəlinir.

Digər səbəblər- allergiya, ətraf mühitin çirklənməsi, ikincili infeksiya kimi (stomatit və sitomeqalovirus mənşəli infeksiyalar fonunda yarana bilər) və boğazda olan şiş xəstəliyi səbəb ola bilər.

BRUFON yuxarı tənəffüs yollarının quru öskürəklə müşayiət olunan xroniki və kəskin iltihabi xəstəliklərinin (faringit, laringit, yuxarı tənəffüs yollarının selikli qişasının mexaniki qıcıqlanması) simptomatik müalicəsi və boğaz ağrıları zamanı istifadə olunan preparatdır. BRUFON-un əsas tərkibinə Sisymbrium officinale (dərman şüvəranı) ekstraktı, dixlorbenzil spirti və vitamin С daxildir. BRUFON boğazda ağrını və xırıltını yüngülləşdirir. Tərkibində antiseptik dixlorbenzil spirti olduğuna görə balzam xüsusiyyətli inqrediyentlərlə birlikdə ağız boşluğunu və boğazı effektiv müdafiə edir və təravətləndirir. Vitamin C immun sisteminin normal funksiyasını təmin edir.Sisymbrium officinale yuxarı tənəffüs yollarında və bronxlarda reflektor olaraq seliyin ifrazını artırır. Öskürək əleyhinə, mukolitik təsir göstərir. Boğazdakı ağrını sakitləşdirir və iltihabı prosesin qarşısını alır. Qədim Yunanıstanda Sisymbrium officinale ən çox afoniya xəstəliyi (səsin batması) zamanı istifadə edilirdi. Bu səbəbdən dünyanın bir çox ölkələrində bu bitkini "vokalistlərin bitkisiadlandırırlar (ingilislər bu bitkiyə "singer's plant"deyirlər).

İstifadə qaydası:

Hər 2-3 saatdan bir, 1 həb sorun. Məsləhət görülən gündəlik doza - 6 həbdir.

Brufonun tərkibində saxaroza olmadığına görə diabetli xəstələrdə istifadə edə bilər.

Sifariş üçün *7700 nömrəsinə və ya aptekonline.az səhifəsinə müraciət edə bilərsiniz.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.