Sağlamlıq

Qarğıdalı unu maskası ilə gözəlləşin!

17 Avqust 2015 22:39
0 Şərh     Baxış: 7 904
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qara nöqtələr və iri məsamələr dərinizin olduğundan daha yaşlı görünməsinə səbəb olur. Bu problemi aradan qaldırmaq üçün qarğıdalı unundan istifadə edə bilərsiniz.

Milli.Az publika.az-a istinadən qara nöqtələri təmizləyib, dərini gözəlləşdirən qarğıdalı unu maskasını təqdim edir:
 
Tərkibi:
1 xörək qaşığı qarğıdalı unu
1 xörək qaşığı gil
1 xörək qaşığı krem
Su
 
Hazırlanması:
 
Unu, gil və kremlə qarışdırın. Qarışığı krem halına salmaq üçün bir az su əlavə edin. Maskanı üzünüzə çəkib 10 dəqiqə gözləyin. İlıq su ilə yuyunun. Proseduranı həftədə iki dəfə təkrarlaya bilərsiniz.
 
Əgər üzünüzdə qara nöqtələrlə yanaşı sızanaq və sızanaq izləri varsa, 1 xörək qaşığı qarğıdalı ununu 1 xörək qaşığı qatıq və bir çay qaşığı limon şirəsi ilə qarışdırın. Üzünüzə çəkib 20 dəqiqə saxlayıb yuyun.
 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.