Düzgün qidalanmadıqda və qida menyusunda çox çeşidlilik müşahidə edilmədikdə orqanizm bəzi siqnallar verməyə başlayır. Sizin xəstəlik kimi qəbul etdiyiniz bu siqnallar, əslində, orqanizminizin qida çatışmazlığı ilə üzləşdiyini göstərir. Bədəninizdə müəyyən minerallar və vitaminlər çatışmadıqda bir çox problemlə üzləşə bilərsiniz.
Milli.Az publika.az-a istinadən vitamin və mineral çatışmazlığından yaranan 9 əsas problemi və həll yollarını təqdim edir:
1. Problem: bel ağrısı
Ehtimal olunan səbəb: D vitamini çatışmazlığı
Kimlər təhdid altındadır?: xüsusilə, qara dərili insanlar və yaşlılar.
Nə yemək lazımdır?: qızıl balıq, yumurta sarısı, süd, tərkibində D vitamini olan göbələklər.
2. Problem: diş ətinin qanaması
Ehtimal olunan səbəb: C vitamini çatışmazlığı
Kimlər təhdid altındadır?: həddən artıq stress keçirənlər.
Nə yemək lazımdır?: qırmızı bibər, sitrus meyvələri, brokkoli, pomidor, kivi.
3. Problem: zob xəstyəliyi
Ehtimal olunan səbəb: yod çatışmazlığı
Kimlər risk altındadır?: hamilə qadınlar və duzdan imtina etmək məcburiyyətində qalan yüksək təzyiqdən əziyyət çəkən xəstələr.
Nə yemək lazımdır?: su yosunu, süd məhsulları, yumurta, duzlu su balığı
4. Problem: şiddətli sinə ağrısı və ya sümük əriməsi
Ehtimal olunan səbəb: K2 vitamini çatışmazlığı
Nə yemək lazımdır?: Pendir, soya, qaraciyər.
5. Problem: bədən üzvlərində keyimə
Ehtimal olunan səbəb: B12 vitamini çatışmazlığı
Kimlər təhdid altındadır?: ət yeməyənlər, yaşlı insanlar, qısa müddətdə çox çəki itirənlər.
Nə yemək lazımdır?: balıq, ət, qatıq, pendir.
6. Problem: Buz çeynəmə vərdişi və diqqətsizlik
Ehtimal olunan səbəb: dəmir çatışmazlığı
Nə yemək lazımdır?: ispanaq, tünd şokolad.
7. Problem: Əzələ yığılması və əzələlərin səyriməsi
Ehtimal olunan səbəb: maqnezium çatışmazlığı
Nə yemək lazımdır? qoz, çərəzlər, ispanaq, arpa, yulaf, paxlalı bitkilər
8. Problem: qadınlarda hamiləliyin yarımçıq sonlandırılması, kişilərdə sonsuzluq
Ehtimal olunan səbəb: fol turşusu çatışmazlığı
Nə yemək lazımdır?: göyərti, paxlalı bitkilər, günəbaxan tumu
9. Problem: Dadalma qabiliyyətinin azalması və iştahsızlıq
Ehtimal olunan səbəb: sink çatışmazlığı
Nə yemək lazımdır?: istiridyə, hind quşu əti, qabaq tumu.
Milli.Az