Sağlamlıq

Mezoterapi nədir və onun nə kimi faydaları var?

16 Avqust 2015 12:44
18 Şərh     Baxış: 29 106

Mezoterapiya turşu, ferment, vitamin, mineral, homeopatik dərmanlar və digər terapevtik elementlərin mikro iynə üsulu ilə dərinin orta təbəqəsinə yeridilməsi prosesidir. Mezoterapiya iynələrlə hüceyrələrə xəbərdarlıq göndərilməsi və o bölgədəki toxumaların yenidən normal funksiyalarına qovuşmasına imkan yaradan bir müdaxilədir. Latınca "orta" "müalicə" sözlərinin əmələ gəlib və "orta dəri müalicəsi" mənasını verir. 1952-ci ildə həkim Mişel Pistorun sınaqdan çıxartdığı və sonradan inkişaf etdirilərək 1987-ci ildə  Fransız Tibb Akademiyasında tibbi müalicə üsulu kimi qəbul edilən bu üsul artıq bütün dünyaya yayılıb.

Milli.Az publika.az-a istinadən mezoterapiyanın faydalarını təqdim edir.
 
Ağız yolu ilə qəbul edilən, yaxud damarlara iynə üsulu ilə verilən dərmanların hamısı hər zaman bədənin bütün hissələrinə çatmaya bilər. Dərman tam yayılmadan orqanizmdən atıla bilər. Sistem yolu ilə qəbul edilən dərmanlar qan dövranı yolu ilə bütün bədəni gəzərək lazımsız orqan, toxuma və əzələ qruplarına da təsir göstərir. Mezoterapiya üsulunda isə dərmanlar mikro iynə üsulu ilə problemli bölgəyə birbaşa vurulur. Digər toxuma və orqanlara təsir göstərmir. Mezoterapiya iynələrlə hüceyrələrə xəbərdarlıq göndərilməsi və o bölgədəki toxumaların yenidən normal funksiyalarına qovuşmasına imkan yaradan bir müdaxilədir.
 
 
Kimlərə tətbiq olunur?
 
Mezoterapiya üsulu hamilələr, iflic keçirmişlər, xərçəng xəstələri, şəkər xəstələri, qan laxtalanması problemi olanlar və çoxlu dərman müalicəsi tələb edən ürək xəstələri xaricində, sağlam olan hər kəsə tətbiq oluna bilər. Mezoterapiyanın əsas üstünlüyü odur ki, yüz faiz müalicəvidir və istənilən yaşda, istənilən şəxsə (həm qadına, həm də kişiyə) tətbiq oluna bilər.
 
Mezoterapiya müalicəsi sellülit, saç tökülməsi, yağlanma və üz cavanlaşması məqsədilə istifadə olunur. Mezo iynələr vurulduğu bölgədə yüngül qançırlara səbəb ola bilər. Lakin belə şikayətlər qısa müddətdən sonra yox olur. Bədənin mezoterapiyaya cavab verməsi bədənin strukturundan asılı olsa da, orta hesabla 2-3 seansdan sonra effekt görünür.
 
Mezoterapiya sellülit müalicəsində geniş istifadə edilir. Xüsusilə, qadınlarda rast gəlinən sellülit problemi ilə əlaqədar tətbiq edilən mezoterapiya müalicəsi 2 ay sonra uğurlu nəticə verir. Müalicədən sonra sellüliti olan xəstə düzgün qidalanma proqramı və məşqlə sellülit mezoterapiyasından uzunmüddətli nəticələr ala bilir.
 
 
Saç mezoterapiyası
 
Saç mezoterapiyası da yaxşı nəticələr verir. Alopesiya deyilən saç tökülməsi xəstəliyi saçların bir hissəsinin, yaxud hamısının tökülməsi deməkdir. Bunun qarşısını almaq üçün muzoterapiya əla üsuldur. Ancaq seanslar xəstənin saç tökülmə tipi və vəziyyətinə görə müəyyən edilir. Çox incə uclu iynələrlə saçlı dərinin orta - dermis təbəqəsinə yeridilən minerallar, vitaminlər saç kökünü bəsləyir.
 
 
Saç mezoterapisyasının faydaları
 
1. Mezo iynələr saç tökülmə problemini kökündən həll edən və qan dövranını bərpa edən estetik müdaxilədir.
2. Mezoterapiyadan sonra nazik saç telləri qalınlaşır.
3. Saç muzoterapiyasından sonra saç kökləri möhkəmlənir, sürətlə uzanır, tökülmə azalır. Xülasə, saç mezoterapiyası vasitəsilə saç tökülməsi nəzarət altına alınır, tökülməni dayandırır, incə telləri qalınlaşdırır, seyrəkləşmiş hissələr yeni gur və sağlam tüklərlə bərpa edilir.
 
 
Mezoterapiyanın dərini cavanlaşdırmaq xüsusiyyəti
 
Mezoterapiya ilə bədənin istənilən yerini cavanlaşdırmaq, qüsurları bərpa etmək mümkündür. Məsələn, mezo iynələr  bədənin tez qocalmağa meylli olan üz, əllər, boyun və sinə dekoltesi kimi həssas yerlərinə "anti-aging" (yaşlılıq əleyhinə) təsir göstərir, kollagen istehsalını stimullaşdırır,  dərini cavanlaşdırır, ona parlaqlıq verir və təravətləndirir. Günəş şüaları və dərinin zamanla kollagen itirməsi dərinin qocalma prosesini sürətləndirir. Mezoliftlər sayəsində  antioksidantlar, vitaminlər və digər faydalı maddələr dəriyə nüfuz edir və ona gənc görünüşü qazandırır.
 
 
Mezoterapiya ilə arıqlama
 
Yağlı yeməklər, artıq çəki dərinin həm görünüşünü korlayır, həm də sağlamlığa pis təsir edir. Arıqlamağın min bir üsulu olsa da, onların çoxu zəhmət və vaxt tələb edir. Çoxları iradəli olmadığı üçün pəhrizi yarımçıq qoyur, çəkisi ilə barışır. Bu da insanın növbəti dəfə stress keçirməsinə səbəb olur.
 
Müasir dövrdə arıqlamağın ən yaxşı yollarından biri də mezoterapiyadır. Qidalanma rejimi və məşqlər ilə planlaşdırdığınız çəkiyə düşə bilmirsinizsə, yaxud çətinlik çəkirsinizsə, bu zaman mezo iylərin gücündən yararlana bilərsiniz. Mezoterapiya ilə bədənin istənilən nahiyəsində toplanmış yağları tez bir zamanda əridə bilərsiniz. Bu üsulla problemli bölgələrə piy parçalama funksiyası olan dərmanlar, iynələr yeridilir. Nəticədə həmin bölgədəki yağ hüceyrələrinin əridilməsi və ümumi qan dövranına daxil olaraq bədəndən atılması təmin edilir.
 

Milli.Az

loading...

Şərh yaz:

18 Şərh:

  • Anonim
    Aşk · 16 Avqust 2015 13:2120

    men sac mezoterapini cox isteyerdim sacim tokulur seyrekdir uzanmir :(

    Cavab yaz
  • Anonim
    ayka · 16 Avqust 2015 13:5120

    meza eletdiren var yazsin tesiri necedi?hansi meza yaxsidir bilen varsa yazsin noooolar?

    Cavab yaz
    • Anonim
      SarA · 16 Avqust 2015 20:5200

      uz mezoterapiyasi eletdirmiwem 4seans.ve 3-4 seansdan sonra effekti tam gorunur.deriye parlaqliq reng getirir.

      Cavab yaz
      • Anonim
        Nubar · 8 İyun 2016 19:4200

        Bir seansin qiymeti neceyedi. Umumiyetle neceye bawa gelir

        Cavab yaz
        • Anonim
          Vusalə · 4 Fevral 2017 13:5010

          1 seans 50 manat

          Cavab yaz
    • Anonim
      Gülka · 17 Avqust 2015 01:0000

      Mən eləmişəm əladi

      Cavab yaz
  • Anonim
    Gülka · 17 Avqust 2015 01:0100

    Hə mən elətdirmişəm

    Cavab yaz
  • Anonim
    Seva · 17 Avqust 2015 10:5900

    Gulka, Sara, uz mezosunu harda eletdirmisiz? razi qalmisiz? incidir?

    Cavab yaz
  • Anonim
    ayka · 17 Avqust 2015 12:4701

    gulka xanim,sara xanim xais edirem yazin uz ucun hansi meza eletdimisiniz.vitamin meza,yoxsa qan alib aparatda saxliyib sonra uze vurullar (adini bilmirem).hansi yaxsidi

    Cavab yaz
  • Anonim
    Şafa · 19 Avqust 2015 14:0100

    Mən xətai klinikasında saç mezosu elətdirmişəm heç kömək eymədi

    Cavab yaz
    • Anonim
      Nərmin · 4 Aprel 2016 18:3500

      Mən Face Studya getdim park bulvarda. Saçım üçün mezoterapiya eletdirmək isdeyirdim. bir passent xanim otumuwdur dodagini botoks eletdirirdi. Doktor iwlenmis zibil yesiyinden iyneni tekraren xanima isletdi ondan sonra getmedim mende. Xanimlar esas saglamliqdir once gigyenik qaydalari yoxlayin sonraysa gozelliyinizi duwunun.

      Cavab yaz
      • Anonim
        Gulcin · 19 May 2016 13:2100

        Coxx gozeldir men hal hazirda eletdirirem dogusdan sora qarnimda catlar var Hekim kasmitoluq gulya xanima gozelde edir kim istese aderi vere bilerem

        Cavab yaz
        • Anonim
          ayka · 5 Dekabr 2016 19:4200

          gulya xanımın ünvanı deyə bilersiz zəhmət olmasa

          Cavab yaz
  • Anonim
    Gulcin · 19 May 2016 13:3300

    Men hal hazirda eletdirirem dogusdan qalan catlara gore 4siyansdir cox ferq var evvelkindensizede mesleget gorurem onu deyimki her hekime eletdirmiyin mel elletdirdim efet olmadi bu hekim Kasmitoluq Gulya xanim mene qaranti verdi ve cox gozel az mudetde efekti var her yere mezoterapiya edir

    Cavab yaz
  • Anonim
    Fatəmə · 30 May 2016 15:2400

    yay aylarında mezoterapiya etdirmək olarmı.mezo iynələrin terkibi nədən ibarətdir

    Cavab yaz
  • Anonim
    Susan Asadullayeva · 31 İyul 2016 11:0200

    Men oğluma Meza terapiyanisterdim hansi yaxşi di yaxşi olan yerini yazsin Sağ olun

    Cavab yaz
    • Anonim
      Aygun · 27 Yanvar 2017 16:5000

      Xanim xais edirem sac ucun olan meziterapiyanin qiymetini yazardiz

      Cavab yaz
  • Anonim
    Nüşabə · 29 Aprel 2018 13:3900

    Yaxşı mezoterapiya ede bilen hekim kosmetoloq axtarıram, hem saçıma, hemde üzüme göre isteyirem

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.