Yeni il bayramı ilə əlaqədar sərinləşdirici içkilərə və şirələri tələbat çoxalıb. İçkilər içərisində mineral sular, qazsız spirtsiz içkilər, qazlaşdırılmış spirtsiz içkilər, meyvə-giləmeyvə şirələri daha çox içilir. Bəs spirtsiz içkiləri alarkən nəyi bilmək vacibdir?
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti vətəndaşlara spirtsiz içkiləri alan zaman diqqətli olmağı məsləhət bilir. Nazirliyin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, keyfiyyətsiz içkilər insan orqanizmi üçün təhlükə mənbəyidir.
Belə ki, bu məhsulları alarkən butulkaların dibində çöküntünün olmasına, şəffaflığına diqqət etmək lazımdır. Çöküntünün olması və bulanıqlaşma suyun keyfiyyətsizlik əlamətidir. Mənşəyi məlum olmayan, üzərində istehsal, son istifadə tarixi və s. qeyd olunmayan içkiləri almaq olmaz.
Spirtsiz içkilər qruplarına daxil olan meyvə-giləmeyvə şirələrinin kimyəvi tərkibi daha zəngindir. Onların tərkibində meyvədə olan şəkərlər, üzvi turşular, zülallar və s. maddələr olur. Başqa spirtsiz içkilərdən fərqli olaraq bu şirələr mineral maddələr və vitaminlərin mənbəyidir. Onların tərkibində 88-92 faizə qədər su vardır. Ona görə də bu içkilər enerjivermə qabiliyyətinə malik deyildirlər. Təbii meyvə-giləmeyvə ekstraktları ilə hazırlanmış spirtsiz içkilərdə az olsa da minerallı maddələr, rəngləyici maddələr və digər bioloji fəal maddələr olur. Qidalılıq dəyəri hesablanarkən, onların tərkibində karbohidratlar suda həll olan bəzi vitaminlər və s. müəyyən edilir. Bu maddələrin miqdarı qüvvədə olan normativ-texniki sənədlərlə (NTS) normallaşdırılır və məhsulun enerji dəyəri (mineral sulardan başqa) ilə yanaşı etiket üzərində göstərilir.
Mineral sular isə mənşəyindən asılı olaraq təbii suya və süni mineral sulara ayrılır. Mineral sular qazlı (təbii və süni) və qazsız olur. Təbii mineral sular süfrə və müalicəvi sulara ayrılır. Süfrə üçün mineral suyun tərkibində müəyyən miqdar faydalı minerallı maddələr vardır. Onlar sərinləşdirici xoşagələn dada malikdir. Müalicəvi sular müxtəlif xəstəliklərin müalicəsi üçün öz təyinatı üzrə istehlak edilir. Mineral su butulkalara doldurularkən mütləq 0,4-0,5% miqradında karbon qazı ilə doydurulmalı və 5-120C temperaturda saxlanılmalıdır. Bütün şərtlərə riayət etdikdə təbii mineral suların təminatlı saxlanılma müddəti 1 ildir. Tərkibində dəmir olan suları isə 4 ay saxlamaq olar. Süni mineral sularının ticarət şəbəkəsində saxlanılma müddəti isə 15 gündür.
Qazlaşdırılmış spirtsiz içkilərə qazlı su, butulkada qazlaşdırılmış su, diabetiklər üçün qazlaşdırılmış içkilər və quru qazlaşdırılmış içkilər aiddir. Qazlaşdırılımış suları almaq üçün 400C-yə qədər soyudulmuş su 0,5 atm təzyiq altında 0,5-0,4% miqdarında karbon qazı ilə doydurulur. Bu sular təyinatından asılı olaraq təbii meyvə-giləmeyvəli vitaminlər zənginləşdirilimiş, quru və simetik cövhələrlə qablaşdırılmış yarımqruplara bölünür.
Qazsız spirtsiz içkilərə şərbətlər, meyvə-giləmeyvə ekstraktları, morslar, qaynar meyvə-giləmeyvə içkiləri və meyvə-giləmeyvə şirələri aiddir. Təbii və süni meyvə-giləmeyvə şərbətləri satışa 0,25 və 0,5 litr tutumlu şüşədə buraxılır. Şərbətləri 12-200C-də uzun müddət saxlamaq olar.
Spirtsiz içkilərin keyfiyyəti həm orqanoleptik və həm də fiziki-kimyəvi göstəricilərinə görə müəyyən edilir. Sensor üsulla spirtsiz içkilərin şəffaflığı, rəngi, dadı, iyi, çöküntünün və asılı hissəciklərin olması və s. müəyyən edilir.
Keyfiyyətli spirtsiz içkilər şəffaf, çöküntüsüz olmalıdır. Meyvəli spirtsiz içkilərin rəngi, dadı və ətri onların adına müvafiq olmalıdır. Spirtsiz içkiləri markaladıqda hər bir butulka, balon və çəlləklərə etiket kağızı vurulmalı və orda istehsalçının adı, məhsulun çeşidi, standart nömrəsi, məhsulun tərkibi, istehsal tarixi, saxlanılma şəraiti və müddəti göstərilməlidir. Spirtsiz içkilər 00-120C temperaturda saxlanılmalıdır.
Ticarət şəbəkəsində qazlı içki dolu butulkalar horizontal vəziyyətdə saxlanılmalıdır. Bu məhsulları günəş şüalarının altında saxlamaq qəti qadağandır. Meyvə şirəsi və ekstraktları 0-100C-də, şəkər əlavə edilmiş şirələri 200C-də, şərbət, mors və quru konsentratları isə 12-200C-də saxlamaq olar.
Optimal şəraitdə spirtsiz içkilərin saxlanılma müddəti qazlı içkilər üçün 30 gündən 6 aya qədərdir. Stabilləşdiricilərin tətbiqindən asılı olaraq bu müddət dəyişilə bilər. Diabetiklər üçün içkilər 15 gün, meyvə-giləmeyvə şirələri (ağzı bağlı butulkalarda) 1 ilə qədər, quru qazsız içki tabletkalarını 1 ilə qədər, qazlı içki konsentratlarını 2 ilə qədər, şərbətləri germetik tarada pasterizə edilmişdirsə, uzun müddət, edilməmişsə 7 aya qədər, açıq şəkildə isə 20 gün saxlamaq olar.
Milli.Az
Sağlamlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Xəbərdarlıq: Nə içirsiniz?
18 Dekabr 2014 13:56
0 Şərh
Baxış: 3 196
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Xərçəngin dərmanı görün hansı heyvanda imiş
-
Azərbaycanda minlərlə insan istifadə edir: İnfarkt riskini 53 faiz artırır
-
Eyni ayaqqabını hər gün geyinməyin - Mikrobioloqdan xəbərdarlıq
-
Niyə səhər çimmək olmaz? - VİDEO
-
Bu qarışımı içsəniz, qışda heç xəstələnməyəcəksiniz
-
Ölümə aparan arıqlama üsulu - Ağciyər deşilə bilər
XƏBƏR LENTİ
-
Elektron siqaretlərin qadağan edildiyi ölkələr - SİYAHI
-
"Sürüm-sürüm sürünsə də, heç vaxt bağışlamayacağam"
-
Bakıda bu evlər və obyektlər qəfil çökə bilər - Əvvəl çatlar yaranır - AÇIQLAMA
-
"Ev almaq üçün 12 il tətilə çıxmamalı, 1700 dəfə restorana getməməlisən"
-
İbrahim Tatlısesə silahlı hücuma görə tutulandan qəribə TƏLƏB
-
Xərçəngin dərmanı görün hansı heyvanda imiş
-
Rusiyada güclü zəlzələ oldu
-
2025-ci ilin ən yaxşı gənc futbolçuları AÇIQLANDI: siyahıda Arda ilə Kənan da var
-
Təyyarədə "panik atak" keçirən qadın gərginlik yaratdı - VİDEO
-
Azərbaycanda elektron siqaretlər qadağan olunur
-
Babək Quliyev UEFA-dan təyinat aldı
-
Rəqsanənin qızının əl-ələ görüntüləndiyi müğənni KİMDİR? - VİDEO
-
Bakıda tələbə faciəvi şəkildə ÖLDÜ
-
Axtarışda olan kişi arvadından bezib polisə zəng elədi - Gəlin məni aparın
-
Bu istiqamətə əlavə qatar reysləri təyin edildi
-
Keçmiş vəzifəli şəxs vəfat etdi - FOTO
-
Trampın oğlu onunla nişanlandı - VİDEO
-
Onlar amnistiyaya düşəcəklər - RƏSMİ - TAM SİYAHI
-
Həmin qız altıncı sinifdən məktəbdən çıxarılıbmış - Bəy atası həbs olundu - FOTO
-
Bikalyo "Qarabağ"dan gedir? - rəsmi AÇIQLAMA
-
Azərbaycanlı müğənninin ailəsində xoş GÜN
-
Cəmil Həsənli yenidən DTX-yə çağırıldı
-
IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib - FOTO
-
Anasını sevgilisi ilə tutdu: Maştağadakı qətlə görə HƏBS OLUNMADI





