İqtisadiyyat

ABŞ-də imzalanmış sülh gündəliyi Azərbaycan iqtisadiyyatına yeni imkanlar açır - Nazir

3 Oktyabr 2025 11:00
Baxış: 348
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılmış islahatlar nəticəsində ölkəmizdə iqtisadi mühit təkmilləşib, sahibkarların rəqabət qabiliyyəti artıb, ölkənin beynəlxalq nüfuzu güclənib və xarici investisiyaların cəlbi üçün əlverişli şərait yaranıb. Avqustun 8-də ABŞ-də sülh gündəliyinə imza atılması bu prosesləri daha da sürətləndirir. Bu razılaşma tranzit əlaqələrinin güclənməsinə şərait yaradacaq, həmçinin ölkə iqtisadiyyatına marağı artıracaq".

Milli.Az xəbər verir ki, bunu || Milli Rəqabət Forumu zamanı Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib:

"Regional inteqrasiyanın güclənməsi ölkəmizin iqtisadi inkişafına, qeyri-neft sektorunun diversifikasiyasına və uzunmüddətli rəqabət qabiliyyətinin möhkəmlənməsinə mühüm töhfələr verəcək.

İqtisadi siyasətin əsas istiqamətlərində olan qeyri-neft-qaz sektorunda 2021-2024-cü illərdə hər il orta hesabla 6,7% artıb və onun ümumi iqtisadiyyatda payı 68%-ə yüksəlib. Bu göstəricinin bu ilin sonuna. 70%-ə çatacağını proqnozlaşdırırıq. Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artıb. 

2025-ci ilin 8 ayı ərzində özəl sektor tərəfindən qeyri-neft-qaz sektoruna investisiyalar 15% artıb. Bu sektorda əsas kapitala yönəldilən investisiyalar artaraq 8,2 milyard manat  təşkil edib. Bu ilin yanvar-avqust aylarında əsas kapitala xarici mənbələrdən investisiyalar ötən ilin eyni dövrünə nisbətən 36% artıb". 

Aysel Əkbər
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.