Dünya

Kaliforniyada neft emalı zavodunda güclü partlayış - VİDEO

3 Oktyabr 2025 10:52
Baxış: 289
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-ın Kaliforniya ştatının El Segundo şəhərində yerləşən Chevron neft emalı zavodunda partlayış və güclü yanğın baş verib.

Milli.Az xəbər verir ki, hadisə Cənubi Körfəz boyunca kilometrlərlə məsafədən görünən alovlara səbəb olub.

Şahidlər saat 21:30 radələrində güclü partlayış səsi eşitdiklərini, daha sonra isə göyə qalxan narıncı alov və tüstü buludlarını müşahidə etdiklərini bildiriblər. 

Los-Anceles dairəsinin rəsmiləri yanğının qısa müddət ərzində böyük ölçüdə nəzarət altına alındığını açıqlayıb. Xəsarət barədə məlumat yoxdur və rəsmilərin sözlərinə görə, hazırda ictimaiyyət üçün birbaşa təhlükə mövcud deyil. Yanğının dəqiq səbəbi isə hələ məlum deyil.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.