İnsanların sağlamlıq problemlərinə yaşadıqları ölkə xaricində çarə axtarmalarının başlıca səbəbi maddi çətinliklər olmaqla bərabər, həm də daha keyfiyyətli və etibarlı bir xidmət əldə etmək istəyidir. Bu gün ABŞ, Almaniya, İngiltərə, Fransa kimi səhiyyə xidmətlərinin çox bahalı olduğu ölkələrdə belə, əhali daha ucuz xidmət axtarır.
Bunun nəticəsidir ki, bəzi ölkələr məhz səhiyyə ilə bağlı çoxsaylı xarici vətəndaşlar qəbul etməyə başlayıb. Məsələn, qonşu Türkiyədə 12 il öncə 120 min insan müalicə üçün xarici ölkəyə gedirdisə, 2013-cü ildə 480 min xarici məhz müalicə üçün bu ölkəyə gəlib. Hazırda dünya sağlamlıq turizmi bazarında Tailand ilk sırada yer alır ki, təkcə 2012-ci ildə bu ölkəyə 2,5 milyon insan sağlamlıq məqsədi ilə gəlib. Bu ölkəni Meksika, ABŞ, Sinqapur, Hindistan və Braziliya təqib edir. Türkiyə sağlamlıq turizmində 7-ci sıradadır. Dünyanın ən təchizatlı xəstəxanaları sırasında yer alan Türkiyənin Mehmet Akif Ersoy Xəstəxanasının məlumatına görə, bu xəstəxana hazırda Əfqanıstan, Albaniya, Azərbaycan, Kosovo, Nigeriya, Sudan və Yəmən ilə razılığa gəlib. Bu xəstəxanaya əsasən ürək xəstəlikləri, böyrək, qaraciyər, sümük iliyi nəqli və estetik əməliyyatla bağlı xəstələr gəlirlər.
Ümumiyyətlə, xarici vətəndaşların səhhəti ilə bağlı digər ölkəyə səfərləri bu ölkədə səhiyyə sisteminin, sağlamlıq turizminin inkişafının nəticəsidir. Bu zaman isə həmin ölkə sağlamlıq turizmindən yüksək gəlir əldə edir. Qonşu Türkiyəyə sağlamlıq turizmi üçün gələn bir turist 2500 dollar ilə 100 min dollar arasında vəsait ödəməli olur. Bu ölkənin mütəxəssisləri belə hesab edirlər ki, Türkiyə 2018-ci ildə məhz sağlamlıq turizmindən 5-6 milyard dollar əldə edəcək.
Ölkəmizdə səhiyyə sisteminin inkişafından danışılsa da hələ ki, məhz sağlamlıqla bağlı xarici vətəndaşların müraciət etdiyi deyil, vətəndaşlarının xarici ölkələrə müraciət etdiyi ölkələr sırasındayıq. Dövlət Statistika Komitəsindən Milli.Az-a verilən məlumata görə, müalicə məqsədilə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2011-ci ildə 92,6 min nəfər, 2012-ci ildə 116,5 min nəfər və 2013-cü ildə 169 min nəfər olub. Ölkə vətəndaşları bu məqsədlə daha çox İran, Türkiyə, Gürcüstan, Almaniya və Rusiya Federasiyasına gediblər. Qeyd edək ki, bu rəsmi statistik məlumatdır və bu rəqəmlərin azalmağa doğru deyil, daha da artmağa doğru getdiyi onu deməyə əsas verir ki, hələ də bu sahədə problemlər qalmaqdadır. Əgər hazırda yüksək texnika ilə təchiz olunan xəstəxanalarımız varsa, ancaq xaricə gedən xəstələrin sayında rəqəmlər azalmırsa, demək ki, o zaman problem qiymətlər və keyfiyyətli kadr potensialının olmaması ilə bağlıdır. Bu mövzu ilə bağlı mütəxəssislər dəfələrlə fikir bildirsələr də hələ ki, bir dəyişiklik hiss olunmur.
Mövcud problem icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır
Mövzu ilə bağlı müsahiblərimiz isə məsələyə digər tərəfdən yanaşırlar. Sosioloq Gülnar Nəzərova Milli.Az-a bildirdi ki, səhiyyə sisteminin inkişaf səviyyəsi ölkənin mövcud sosial-iqtisadi vəziyyəti ilə birbaşa bağlıdır: "Azərbaycan yenicə müstəqillik qazandığı dövrdə bir sıra sosial problemlər ortaya çıxdı ki, bunların da həlli böyük iqtisadi vəsait tələb edirdi. Bu cür sosial problemlərin həlli ilə bağlı bir sıra qanunlar, proqramlar hazırlandı, müavinətlərin verilməsi həyata keçirildi, yeni təhsil və səhiyyə müəssisələri quruldu. Lakin bütün bunlar səhiyyə sahəsində olan çatışmazlıqları tam həll etmədi".
Sosioloq deyir ki, səhiyyə ilə bağlı problemlərin həlli istiqamətindəki tədbirlərdən biri məhz tibbi sığortanın icbari olması ilə bağlıdır: "Bu mənada Türkiyə təcrübəsində bu proqram olduqca uğurla icra olunur və istər işsiz olanlar, istər əmək fəaliyyəti ilə məşğul olan şəxslər tibbi sığortadan faydalana bilirlər. Vətəndaşlar tibbi sığorta şəhadətnaməsi ilə səhiyyənin bütün xidmətlərindən ödənişsiz əsaslarla faydalanırlar".
O da vurğulandı ki, hələ 28 oktyabr 1999-cu ildə Azərbaycanda "Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanunu" qəbul edilib və qanuna əsasən, tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə Azərbaycan əhalisinin tibbi və dərman yardımı almasına təminat verir. Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, icbari tibbi sığorta proqramına müvafiq həcmdə əhalinin tibbi və dərman yardımı almasını təmin edir. Könüllü tibbi sığorta icbari tibbi sığorta proqramında müəyyənləşdirildiyindən əlavə könüllü tibbi sığorta müqaviləsi əsasında əhalinin tibbi və digər xidmətlər almasını təmin edir. Sosioloq deyir ki, bu sahədə mövcud problemin həlli kimi 2015-ci ildən isə icbari tibbi sığortanın tətbiqinə başlanılması planlaşdırılır:
"İcbari tibbi sığorta bütün vətəndaşların məcburi olaraq sığorta olunması deməkdir. Bu zaman işsiz statusu olan və ya ünvanlı sosial yardım alan ailələr üçün sığorta haqları dövlət tərəfindən alınır. Vətəndaş isə səhiyyə xidmətinə ehtiyacı olan sığorta sənədini göstərməklə pulsuz olaraq müalicə oluna biləcək. Əslində isə səhiyyə nazirinin 1 fevral 2008-ci il tarixli qərarına əsasən, dövlət xəstəxanalarında tibbi xidmət pulsuzdur. Bu cür boşluqların aradan qaldırılması üçün qanunda bu məsələlər nəzərə alınmalıdır".
G.Nəzərovanın sözlərinə görə, bu cür dəyişikliklər müsbət hal olsa da bu heç də səhiyyənin inkişafı üçün yetərli deyil: "Bu problemin həllində ixtisaslı kadrların formalaşması prioritet vəzifələr sırasında olmalıdır. Bu baxımdan səhiyyə sahəsində çalışan şəxslərin əməkhaqqı onların işinin keyfiyyətinə təsir edən amillərdəndir. Bu amillər nəzərə alınmadıqda peşəkar mütəxəssislər ya özəl xəstəxanalarda cəmləşir, ya da başqa ölkələrin səhiyyə xidmətlərində çalışmağı üstün tuturlar. Belə olduqda isə aztəminatlı şəxslərin keyfiyyətli səhiyyə xidmətindən faydalanması bəzən mümkün olmur. Səhiyyənin keyfiyyətindən və xərclərindən narazı olan insanlar isə çarəni qonşu ölkələrin səhiyyə müəssisələrində axtarmağa başlayırlar. Bunun isə səbəbi həmin ölkələrdə tək səhiyyənin keyfiyyətinin yüksək olması deyil, həm də xərclərin aşağı olması ilə bağlıdır. Bu mənada ölkə vətəndaşları qonşu ölkələrdən əsasən İran, daha sonra Gürcüstan və Türkiyədəki səhiyyə ocaqlarının xidmətlərindən istifadə edirlər".
Sağlamlıq turizmi ilə bağlı qaydalarda dəyişikliklər edilməlidir
Digər müsahibimiz Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov isə mövcud problemin həllini ölkədə sağlamlıq turizminin inkişafında görür: "Turizmin inkişaf etdiyi indiki vəziyyətdə əsas məsələlərdən biri də turizm mövsümünün 365 günə yayılmasıdır. Bunun üçün görüləcək işlər turizmin növlərinin çeşidləndirilməsini təmin etməkdir. Yəni, fərqli turizm növlərini təklif etməkdir. Bizdə ənənəvi turizm növü yay turizmi olub, buna çimərlik turizmi də deyirik. Son iki ildə qış turizmini də ölkəmizə qazandıra bildik.
Azərbaycanda digər bir istiqamətin sağlamlıq turizmi olduğunu bildirən E.Aslanov deyir ki, hələ sovet dövründə Azərbaycanda sağlamlıq, kurort kompleksi olub və bu gün də böyük əksəriyyəti fəaliyyət göstərir: "Həm Abşeron yarımadasında olan kardioloji mərkəzlər, sanatoriyalar, ayrı-ayrı bölgələrdə olan isti su şəbəkəsi, Naxçıvanın Duz dağı, işğal olunmuş rayonlarımızda olan turş sular ittifaq səviyyəli sanatoriya olublar. Bir müddət əvvəl ölkədə kurortların inkişafı ilə bağlı da dövlət proqramı qəbul olunub. Ancaq fakt budur ki, Azərbaycan vətəndaşları ayrı-ayrı ölkələrə müalicə məqsədilə səfər edirlər. Bu, böyük bir turist kütləsidir və hansı ki, ölkəmizdə müalicəsi var, bununla bağlı infrastruktur qurmalıyıq. Bu gün dünyada sağlamlaşdırma turizmi sahəsində Almaniyanın təcrübəsi çox təqdirəlayiqdir. Türkiyədə bu istiqamətdə mühüm addımlar atılır".
Azərbaycanda bu istiqamətdə aparılan işlərin ümidverici olduğunu deyən prorektorun sözlərinə görə, ölkədə mövcud olan səhiyyə infrastrukturu genişləndirilməlidir: "Bir faktı deyim ki, son 5-6 ildə ARDNŞ-in maliyyə hesabı əsasında bölgələrdə ən müasir texnologiya ilə təmin olunmuş müalicə-diaqnostika mərkəzləri açılıb. Bunun turizmlə əlaqələndirilməsi nəticəsində çox sayda pasiyentləri cəlb etmək olar, həm də onların müalicə olunduğu dövrdə tibbi nəzarət altında təbiətin verdiyi imkanlardan istifadə edərək bərpa prosesi sürətləndirilə bilər".
O da vurğulandı ki, sağlamlaşdırma turizmi dedikdə yalnız termal imkanlar deyil, xüsusilə havanın tərkibində olan müəyyən kimyəvi maddələrin orqanizmə təsiri, mineral suların qəbulu da nəzərdə tutulur. Bitki aləmindən istifadə edərək, alternativ təbabətin imkanlarının cəlb olunması nəzərdə tutulur. Bu istiqamətdə böyük proses getdiyini deyən E.Aslanov deyir ki, növbəti mərhələdə bütün bunlar əlaqələndirilməli, səhiyyə kompleksi, sanatoriya-kurort kompleksi işinin tərkibinə qatılmalı, turizm sənayesi gözü ilə baxılmalıdır:
"Əgər pasiyent xarici ölkədən gəlirsə, külli miqdarda həmin xəstəxanaya vəsait ödəyirsə və gedərkən bu ölkənin hədiyyə və suvenirlərini alıb aparırsa, bu, sağlamlaşdırma turizmi kateqoriyasına girir. Bu potensialdan istifadə etmək zəruri və vacibdir.
Bir neçə gün əvvəl ölkəmizdə vacib toplantı keçirildi. Bu toplantı tibb sahəsində islahatların beyin həmləsi idi, müzakirələr aparıldı ki, bu işi necə təşkil edək. Bu baxımdan mövcud səhiyyə potensialından istifadə etməklə, onu müasir münasibətlərin tələblərinə uyğunlaşdırmaqla qısa müddətdə ciddi addımlar ata bilərik. Sadəcə müəyyən qaydalarda dəyişikliklər etmək lazımdır. Bu gün müxtəlif ölkələr ona görə xarici tələbəni cəlb edir ki, bu, təhsil turizmidir, xəstəni ona görə cəlb edir ki, sağlamlıq turizmidir. Bu mənada bu potensial artırılmalıdır. Məsələn, biz Şərq ölkələrinə baxa bilərik ki, onların bir çoxunda səhiyyə yüksək səviyyədə deyil. Orta Şərq, Ərəbistan yarımadası ölkələrindən turist cəlb edə bilərik. Bu istiqamətdə atılan addımlar ölkəmizdə sağlamlıq turizminin inkişafına imkan verər".
Nigar Abdullayeva
Milli.Az
Sağlamlıq
Xaricdə dərdinə çarə arayan vətəndaşlarımızı bu geri qaytaracaq?
4 Noyabr 2014 00:50
0 Şərh
Baxış: 5 302
DİGƏR XƏBƏRLƏR
- Alimlərdən xəbərdarlıq: içdiyiniz sudan bütün bədəninizə yayılır - "2 qat artım var”
- Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər
- Saç əkilməsi artıq keçmişdə qaldı: Yeni müalicə metodu kəşf edildi
- Hansı kərə yağını almaq daha yaxşıdır: 72, yaxud 82 faizli - fərq nədir?
- Az adamın bildiyi xurmanın əsas təhlükəsi
- Öskürəkdən necə tez qurtulmaq olar? Sübut edilmiş VASİTƏLƏR
XƏBƏR LENTİ
- Bu şəxslər pensiyaya 5 il tez çıxacaq - VİDEO
- "Oğurlayırdım, özünə dedim, halallığını verdi" - Alim Qasımovdan etiraf
- Zurabişvili Gürcüstan hakimiyyətinə bir həftə vaxt verdi
- Xamenei: "Hizbullah", husilər, HƏMAS və "İslami Cihad" İranı təmsil etmirlər"
- Hadiseni təhqir etdi - VİDEO
- “Mançester Yunayted”dən böyük hesabla məğlubiyyət, “Çelsi”dən heç-heçə
- Zurabişili aksiyaya gəldi - VİDEO
- Kobaxidze Zurabişvilini hədələdi
- Tanınmış aktrisanın 26 yaşlı gəlininin meyiti tapıldı
- Ağstafada ər 18 yaşlı həyat yoldaşını qətlə yetirdi - Yenilənib
- Mbappedən fantastik qol - VİDEO
- Braziliyada təyyarə hotelə çırpıldı, 10 ölü, 15 yaralı
- Xırdalanda yaşayış binasında dəhşətli partlayış - xəsarət alanlar var - VİDEO
- Azərbaycanda ilin futbolçusu kimdir? - Qurbanovun versiyası
- Əməkdar artistin gəlininin Bakı metrosunda bu hərəkəti gündəm oldu - VİDEO
- Bakıda dəhşətli QƏZA: Toya hazırlaşan bir ailə həlak oldu - VİDEO - FOTO
- Gəncədə 19 yaşlı gənc öz fəhlə yoldaşını bıçaqladı - Yenilənib
- "Qalatasaray”dan səfərdə böyük hesablı qələbə
- Fidan: Onlara Suriyada yer yoxdur - Yenilənib
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
- Elmar Baxşıyev sayılmayan qol və oyunları haqda
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
- Masallıda partlayış - xəsarət alan var - FOTO
- Tbilisidə polisin Zurabişviliyə qarşı bu hərəkəti səs-küy yaratdı