Sağlamlıq

Uşaqlarının inkişafdan qalmasını istəməyənlər oxusunlar

21 Oktyabr 2014 17:29
2 Şərh     Baxış: 67 998
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kalsium insan orqanizmi üçün çox vacibdir

Ana bətnində olandan doğulana, eləcə də yaşam boyu ölənə kimi insan üçün vacib olan minerallardan bəlkə də ən həyati əhəmiyyət daşıyanı kalsiumdur. Dişlər, sümük, saçlar və bu kimi vacib elementlər üçün önəmli olan kalsium lazım olduqca qidalar, lazım olduqda isə vitamin və mineral dəstəyi ilə doldurulmuş olur.

Kalsium əksikliyi orqanizmdə bir sıra fəsadları ortaya çıxarsa da böyüklər üçün bu fəsadları həll etmək elə də çətin olmur. Uşaqlar və körpələr üçün isə kalsium əskikliyi inkişafın ləng getməsinə, həyatının ilklərinin yaşanmasının gecikməsinə və vaxtsız iynə-dərmana düçar olmasına səbəb olur.

Bu gün dünyaya gələn körpələrin böyük faizi kalsium əskikliyindən əziyyət çəkir. İlk vaxtlar bu əskiklik körpədə özünü göstərməsə də, zaman keçdikdə inkişafda olan gerilik sayəsində məlum olur ki, uşaq orqanizmi kifayət qədər kalsiumla təmin olunmayıb. Bu əskikliyin günahı valideynlərdə görülsə də nəzərə almaq lazımdır ki, hazırda qəbul edilən qidalar da təmiz qidalar deyil. Bu səbəbdən normal qidalanaraq kalsiumu bərpa etmək qeyri-mümkündür. Bu səbəbdən mütləq əlavə dəstək ilə kalsium əskikliyi bərpa edilməlidir. Uşaq gec yeriyir, inkişaf vaxtına uyğun diş çıxarmalıdırsa və uşaqda dişdən əlamət yoxdursa, əl və ayaqlarında gücsüzlük müşayət olunursa, eləcə də bir sıra pataloji xəstəliklərdən əziyyət çəkirsə, bu o deməkdir ki, uşaqda böyük bir əskiklik var. O da kalsium əskikliyidir.

Pediatr Xatirə İsayevanın sözlərinə görə, son zamanlar yeni doğulan körpələr və azyaşlı uşaqlar arasında patoloji xəstəliklər daha çox yayılıb. Bu xəstəliklərdən biri də sümük boşluğudur. Analar vaxtlı-vaxtında normal qida rasionuna riayət etmədiyindən, doğuş zamanı qüsurlu körpələr dünyaya gəlir. "Bəzən körpə dünyaya gəldikdə tam sağlam olduğunu görürük, amma bu o demək deyil ki, körpə sağlamdır. Bədəndə kalsium əskikliyindən yarana biləcək fəsadlar qarşıdakı aylardan artıq özünü büruzə verməyə başlayır. Bədən lazım olan kalsium miqdarını qidalardan ala bilmədiyi üçün sümüklər, dişlər üçün bir növ depolanan kalsiumu özünə çəkməyə başlayır. Ana bətnində olan körpə üçün bu elə də qorxulu olmur, çünki körpəyə lazım olan kalsium daxil bütün vitamin və minerallar anadan sovrulur. Körpə ilə ana arasındakı bağ ayrıldıqdan sonra körpə bədəni öz ehtiyyaclarını ödəmək üçün diş, sümük, əzələlərdən kalsiumu almağa başlayır. Nəticədə, görürsünüz ki, uşaq 10 aylıq olub, amma yerimir, ayaqüstdə dayana bilmir, oturmur, dişləri çıxmır. Bu göstəricilər birinci növbədə bədəndə D vitaminin əskik olmasının siqnalıdır. Qəbul edilən qidalar ilə bədənə sovrulan kalsium miqdarı arasında fərq mövcuddur. Qidada 100 fazi kalsium varsa uşaqlar bunun 70, böyüklər isə 30-40 fazini bədənə çəkə bilir.Bu səbəbdən qidalanmaya xüsusi diqqət yetirmək və bədəni kalsiumla təmin etmək lazımdır. Qanda kalsium dəyəri artdığından ürəkbulanma və qusma, iştahda azalma, sidiyə sıx çıxma, susuzluq hissi, ishal kimi təsirlər müşahidə edilə bilər. Amma, bu normal qidalanma ilə mümkün deyil. Çünki kalsiumun bədəndə toplanması olduqca çətindir və elə bir qida yoxdur ki, bədəndə kalsium ehtiyyacının atmamını qısa bir müddətdə ödəsin".

Tərkibində D vitamini olan qidalar qəbul etmək lazımdır ki, bədəndə kalsium əskikliyi yaranmasın. Balıq, pendir, süd, kərə yağı və yumurtanın sarısında bol miqdarda D vitamin olur. Çatışmazlığı uşaqlarda raxitliyə yol açır. Sümüklərdə kalsium və fosfor miqdarını tənzimləyir. Narahatlıq, baş tərləməsi, qaşıntı, yuxusuzluq, əzələdə gücsüzlük, diş problemləri, kəllə sümüyündə yumşalma, böyümə kimi əlamətlər ola bilər. Bu əlamətlər qısa bir müddətdə körpələrdə özünü göstərir və sözsüz uşaq inkişafına da pis təsir göstərir. Pediatr bildirir ki, qanda kalsiumun miqdarının azalması nəticəsində orqanizmin müdafiə mexanizmi işə düşür. Bu zaman orqanizm tərəfindən xüsusi hormon hazırlanır ki, onun da təsiri altında uşaq üçün çatışmayan kalsium ananın sümüklərindən və dişlərindən "sorulur": "Hamiləlik müddətində ana təbaşirə, boyağa, suvağa meyl edirsə və iştah belə şeylər istəyirsə, bu, kalsium əskikliyinin ilk göstəricisidir və buna "ana istəyir, yesin" münasibətini göstərmək düzgün deyil. Müstəqil şəkildə kalsium preparatı və D vitamini qəbul etmək olmaz, çünki bu halda siz özünüzə əlavə bir problem yarada bilərsiniz. Qadın orqanizminə D vitamini artıq dozada daxil olduqda, uşaq orqanizmi kalsium və fosfor ilə normadan artıq dərəcədə yüklənmiş olur. Normadan artıq dərəcədə yüklənmək də uşağın xəstə doğulmasına səbəb ola bilər".

Həkimlərin məsləhətinə görə, kalsium əskikliyindən yaranan raxitliyin aradan qaldırılması üçün kəllə-beyin, alt-üst qabırğa, həmçinin ayaq-çanaq sümük nahiyəsində təbii üsulla körpəyə masajlar tətbiq edilməlidir. Bu zaman boyun fəqərələrinin əyriliyi düzgün inkişaf edir. Baş-beyin nahiyəsindəki yumşaqlıq bərkiməyə başlayır. Körpələrin günəş şüası altında gəzintisi də vacibdir. Həkimlər onu da bildirir ki, ana südündən imtina edən körpələr, əsasən raxitlik diaqnozu ilə xəstəxananın qeydiyyatındadır.

Qeyd edək ki, sümük boşluğunun müalicəsi var. Raxitlik əlaməti olaraq bilinən bu xəstəlik həkimlərin nəzarəti altında müalicə olunur.

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.