Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, Britaniyanın Milli Səhiyyə Xidməti (QHS) xüsusi açıqlama yayaraq öskürəyə qarşı, bəlğəmtəmizləyici və s. bu kimi preparatların reklamlarda deyildiyindən fərqli olaraq, ciddi müsbət effektinin olmadığını bildiriblər.
"Əgər sizdə güclü öskürək varsa, dərhal sirop və ya həb almaq üçün aptekə qaçmağa dəyməz. Öskürəyə qarşı dərman almaq vaxtın, pulun boşuna xərclənməsi, səhhətin riskə atılmasıdır. Reklamlarda "öskürəyə qarşı effektiv vasitə" kimi təqdim olunan preparatlar çox aşağı keyfiyyətlidir və heç bir terapevtik effektə malik deyil. Bundan başqa, öskürəyə qarşı dərmanların tərkibində şəkərin miqdarı çoxdur. Məsələn, öskürəyə qarşı siropun tərkibində 5 "Mars" şokolad batonunda olduğu qədər şəkər var", - NHS-in bəyanatında deyilir.
NHS ekspertləri öskürəyə qarşı dərmanlardan imtina etməyə və ənənəvi "ev vasitəsi"ndən, yəni limon və ballı çaydan istifadə etməyə çağırıblar: "Bu vasitə öskürək dərmanı deyil. Virus infeksiyasının yaratdığı öskürəyə qarşı bal və limon yalnız immun sistemi virusa qalib gələndən sonra "işlək" olur".
NHS-in bəyanatı Britaniya Kral Ümumi Praktika Həkimləri Kollecinin (Royal College of General Practitioners) sədr müavini, doktor Tim Ballard da dəstəkləyib.
"Sınaqlar və tədqiqatların nəticələri göstərir ki, öskürəyə qarşı dərmanlar əsla effektiv deyil. Həkimlərdən xahiş edirəm ki, belə reseptlər yazmasınlar", - T.Ballard deyib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

