Sağlamlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda xaricdən gətirilən dərmanlarla bağlı yenilik olacaq?
30 Yanvar 2014 16:29
0 Şərh
Baxış: 1 671
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutu ölkəyə xaricdən gətirilən dərmanların istifadə edilməmişdən əvvəl farmakoloji təsirinin öyrənilməsini təklif edir.
İnstitutun direktoru, biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev Trend-ə bildirib ki, Azərbaycana gətirilən dərmanlar onların istehsal edildiyi ölkədə öyrənilir. Ancaq həmin dərmanların farmakoloji təsirlərinin Azərbaycana gətirildikdən sonra da öyrənilməsinə ehtiyac var. Çünki ölkələrdəki insanların yaşamaq qabiliyyəti, fizioloji mexanizmləri ümumən bir-birinə uyğun gəlsə də, onların bir-birindən fərqli yönləri də var: "Bəzi hallarda ABŞ-dakı insanla Azərbaycandakı insan arasında dağ qədər fərq olur. Nə olsun ki, o insandır. Onun idarəetmə mexanizmi, yaşamaq qabiliyyəti, fizioloji mexanizmləri ümumən bir-birinə uyğun gələ bilər. Ancaq real şəkildə onlar tamamən bir-birindən fərqlənirlər".
A.Qazıyev deyib ki, bu gün ölkələrdə insanların yedikləri qidalar da bir-birindən tamamilə fərqlənir. Bu isə insanların fiziologiyasını fərqləndirən amillərdən biridir: "Qida nədir? Qida insan orqanizminin fizioloji proseslərini tənzim edir. Görün ABŞ-da yeyilən qida ilə başqa ölkədə yeyilən qida eynidirmi? Ona görə də burada dərmanın effekti oradakı kimi olmayacaq. Bu səbəbdən xaricdən gətirilən dərmanlar Azərbaycanda tədqiq edilməlidir. Onları kor-koranə tətbiq etmək olmaz. Düzdür, qlobal əhəmiyyətli dərmanlar öyrənilir. Ancaq Argentinada da bir maddə sintez edilərkən onlar öz ekologiyalarını, təbiətlərini, qidalarını nəzərə alıblar. Bunlar fərqlidirlər. Onlar Azərbaycanda tətbiq edilərkən patologiya yaradan hallar ortaya çıxa bilər".
Alim hesab edir ki, hamilə qadınlar, yeniyetmələr üçün nəzərdə tutulan dərmanların istifadəsi zamanı daha diqqətli olmaq lazımdır. Həmin dərmanların istehsal edildiyi ölkə ilə Azərbaycan arasında olan müxtəliflik, ekologiya fərqi nəzərə alınmalıdır.
A.Qazıyevin sözlərinə görə, bu gün Azərbaycanda dərmanlara nəzarət Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Ancaq bütün hallarda qeyd edilən məsələ baxımından dərmanlara nəzarət daha güclü olmalıdır.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycan bu valyuta bahalaşdı - Rəsmi
-
Bəzi ərazilər işıqsız qalacaq
-
ÇL: "Fənərbağça" darmadağın oldu, "Real"a Arda qələbə qazandırdı
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
-
Elektriksiz işləyən dünyanın ilk DNT kompüteri hazırlandı
-
Makaronun süzdükdən sonra suyunu tökməyin
-
Tezliklə acı həqiqəti öyrənəcək 4 bürc
-
Yumurtanı rahat soymağın sirri
-
Messi özünə lüks yaxta sifariş etdi
-
“Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
-
Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik
-
Narkotikə görə saxlanılan Nəvainin anası: "Böhtandır"
-
Ev alarkən mənzilin altından kollektorun keçib-keçmədiyini necə bilmək olar? - (Video)
-
Zelenski İlon Maska müraciət etdi
-
Vinisiusun cəzası bəlli oldu
-
"Liverpul" 9 qolluq matçda qalib gəldi
-
Günün qoroskopu: Planlaşdırmağı dayandırın və işə başlayın
-
Murat Bozun da olduğu studiya suya qərq oldu - (Video)
-
Osimhenin hamilə sevgilisi qəzaya düşdü - (Foto)
-
“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!”– B.Yıldırımla müsahibə
-
Sumqayıtda bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan (Video)
-
"Oğluma iliyimi verdim, amma onu xilas edə bilmədim" - Ebru Şallı
-
Bakıda “The World of Adrenaline” adlı yeni beynəlxalq sirk proqramı başlayır