Dəfçalanın həkim olduğu klinikada...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkədə özəl tibb müəssisələrinin fəaliyyətinə "yaşıl işıq" yandırılması ümumən ölkə səhiyyəsinin inkişafına, tibb işçilərinin məşğulluğuna dəstək kimi qiymətləndirilsə də, müəyyən problemlər qalmaqdadır."İki min manat pulum getdi, müalicənin heç bir köməyi olmadı"
Bəzən özəl kilinikalarla bağlı elə faktlarla qarşı-qarşıya qalırıq ki, adamın sanki əli-ayağı yerdən üzülür.
Elə redaksiyamıza müraciət edən vətəndaşın yaxınlarının da başına özəl klinikaların birində oyun gəlib.
Sonsuzluqdan əziyyət çəkən şikayətçinin sözlərinə görə, ötən ilin iyul ayında reklam çarxlarında gördükləri "Doktor Canpolad Klinikası"na müraciət ediblər. Burada müayinə və müalicəyə cəlb olunan gənc ailənin arzularını adıçəkilən klinikada puç ediblər: "Ötən ilin iyul ayında reklamlarda gördüyümüz "Doktor Canpolad Klinikası"na müraciət etdik. Ailə qurmağımızdan xeyli vaxt keçməsinə baxmayaraq, övladımız olmurdu.
"Lider" telelviziyasında doktor Canpolad İmanovun danışdığını gördüm. Həkim dönə-dönə vurğulayırdı ki, xəstələri şəxsən özü qəbul edir və yüz faizli müalicə edir. Amma belə olmadı. Klinikada müalicə aldığımız müddətdə bir dəfə də olsun Canpolad İmanovu görmədik. Klinikada ilk müayinə zamanı müəyyən problemlərimizin olduğunu dedilər və onlarla müayinədən keçirdilər. Bir neçə ay müalicə olduqdan sonra göstəricilərim daha da zəiflədi. Mən sual etdim ki, niyə belə oldu? Həkimlər dedilər ki, bu hal müalicə ilə əlaqəlidir, bir az keçdikdən sonra düzələcək. Amma getdikcə vəziyyət daha da acınacaqlı oldu. Klinikada 2 min manatdan çox pulum çıxdı və səhhətimdə ciddi problemlərlə klinikadan uzaqlaşdım" .
Qeyd edək ki, doktor Canpolad İmanov bundan əvvəl "URUD" adlı klinika açıb və bir müddət işlədikdən sonra həmin klinika bağlanıb. Daha sonra öz adına uyğunlaşdırdığı "Doktor Canpolad Klinikası"nı açıb.
Şikayətçinin sözlərinə görə, klinikada müalicə aldığı zaman öyrənib ki, Canpolad İmanov əvvəllər dəf çalan olub, tibb sahəsinə sonradan baş vurub.
Narazı vətəndaş ondan şikayət edəcəyini deyib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
"Yeni Müsavat"
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycan bu valyuta bahalaşdı - Rəsmi
-
Bəzi ərazilər işıqsız qalacaq
-
ÇL: "Fənərbağça" darmadağın oldu, "Real"a Arda qələbə qazandırdı
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
-
Elektriksiz işləyən dünyanın ilk DNT kompüteri hazırlandı
-
Makaronun süzdükdən sonra suyunu tökməyin
-
Tezliklə acı həqiqəti öyrənəcək 4 bürc
-
Yumurtanı rahat soymağın sirri
-
Messi özünə lüks yaxta sifariş etdi
-
“Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
-
Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik
-
Narkotikə görə saxlanılan Nəvainin anası: "Böhtandır"
-
Ev alarkən mənzilin altından kollektorun keçib-keçmədiyini necə bilmək olar? - (Video)
-
Zelenski İlon Maska müraciət etdi
-
Vinisiusun cəzası bəlli oldu
-
"Liverpul" 9 qolluq matçda qalib gəldi
-
Günün qoroskopu: Planlaşdırmağı dayandırın və işə başlayın
-
Murat Bozun da olduğu studiya suya qərq oldu - (Video)
-
Osimhenin hamilə sevgilisi qəzaya düşdü - (Foto)
-
“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!”– B.Yıldırımla müsahibə
-
Sumqayıtda bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan (Video)
-
"Oğluma iliyimi verdim, amma onu xilas edə bilmədim" - Ebru Şallı
-
Bakıda “The World of Adrenaline” adlı yeni beynəlxalq sirk proqramı başlayır





