Sağlamlıq

Azərbaycanda "quş qripi" aşkarlanmayıb

14 Yanvar 2014 17:50
Baxış: 609
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

17-yə yaxın növü olan "quş qripi"nin ən təhlükəli tipləri H5N1 və H2N7 viruslarıdır

Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, bir çox ölkədə kəskin halda insan həyatı üçün təhlükəli olduğu aşkarlanan H3N2 virusu da "quş qripi"nin bir növüdür. Məsələ ilə bağlı Dövlət Baytarlıq Xidmətindən verilən açıqlamada bu nüansa diqqət çəkilir. Xidmətin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli "quş qripi"nin digər növlərinə nisbətdə bu virusun zəif olduğunu bildirir. Monitorinqlər ölkədə bu tip hər hansı virusa rastlanmadığını göstərir.

Əsasən, qış aylarına təsadüf edilən "quş qripi"nin əlamətlərinə gəlincə, bu, özünü qısa bir zamanda biruzə verir.

17-yə yaxın növü olan "quş qripi"nin ən təhlükəli tipləri H5N1 və H2N7 viruslarıdır. Hazırda dünyanın bəzi ölkələrində yenidən bu virusun təhlükəli növlərinə rast gəlindiyi barədə məlumatlar yayılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.