Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, bir çox ölkədə kəskin halda insan həyatı üçün təhlükəli olduğu aşkarlanan H3N2 virusu da "quş qripi"nin bir növüdür. Məsələ ilə bağlı Dövlət Baytarlıq Xidmətindən verilən açıqlamada bu nüansa diqqət çəkilir. Xidmətin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli "quş qripi"nin digər növlərinə nisbətdə bu virusun zəif olduğunu bildirir. Monitorinqlər ölkədə bu tip hər hansı virusa rastlanmadığını göstərir.17-yə yaxın növü olan "quş qripi"nin ən təhlükəli tipləri H5N1 və H2N7 viruslarıdır