Sağlamlıq

Burnu zırpı kişinin…

24 Noyabr 2013 10:45
1 Şərh     Baxış: 8 297
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Yəqin, çoxunuz "Bəxt üzüyü" filmindən bu ifadəni xatırlayırsınız. Bilmirik, Ayova Universitetinin mütəxəssisləri də həmin filmə baxıblar, ya yox, amma böyük burnun kişilərin nəyinə lazım olduğunu araşdırıblar.

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, onlar hesab edirlər ki, kişilərin qadınlara nisbətən oksigenə daha çox ehtiyacı var. Bu səbəbdən də kişilərin burnu qadınlarınkına nisbətən daha böyük olur.

Onlar əmindirlər ki, bu, kişilərdə əzələ kütləsinin çox olması ilə birbaşa bağlıdır. Çünki əzələnin qidalanması üçün daha çox oksigen tələb olunur.

Eyni zamanda burnun böyüməsi ilə kişilərin cinsi yetişkənliyi vaxtı da üst-üstə düşür: məhz 11 yaşında oğlanlarda əzələ kütləsi artmağa başlayır, eyni zamanda burun da böyüyür. Qızlarda isə belə bir qarşılıqlı bağlılıq yoxdur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.