Sağlamlıq

Azərbaycanda genetik xəstəliklər öyrəniləcək?

3 Noyabr 2012 17:48
0 Şərh     Baxış: 997
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda İsveçrənin Novo-Nordisk Hemofiliya Fondunun dəstəyi ilə genetik-molekulyar laboratoriya yaradıla bilər. Bunu Trend-ə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova deyib.

Onun sözlərinə görə, fondun dəstəyi ilə artıq Bolqarıstan və Çexiyada belə laboratoriyalar yaradılıb.

Hüseynova deyib ki, Azərbaycanda bu laboratoriyanın yaradılması çox vacibdir. Çünki bir çox səbəblər üzündən ölkəmizdə genetik xəstəliklər geniş yayılıb.

Bu laboratoriya yalnız xəstəliklərin diaqnozunun qoyulması üçün deyil, həm də Azərbaycanda irsi xəstəliyi olan uşaqların doğulmasının qarşısı ala bilər.

Hüseynova deyib ki, bu laboratoriya dövlət müəssisəsində yaradılmalı və burada xidmətlər pulsuz olmalıdır. Çünki bu, millətin genetik fondunun sağlam olması üçün lazımdır. Gələcəkdə xəstə uşaqların doğulmaması üçün hər bir vətəndaş bu laboratoriyada genetik müayinədən keçməlidir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.