Sağlamlıq

Limitləri aşdı, satışı qadağan edildi - Nazirlikdən xəbərdarlıq

19 Mart 2026 08:08
Baxış: 660
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Ticarət Nazirliyi tərkibindəki kimyəvi risklər səbəbindən bir üz və barmaq boyası məhsulunun bazardan yığışdırılmasına qərar verib.

Milli.Az xəbər verir ki, nazirlik tərəfindən edilən rəsmi açıqlamada, dəftərxana ləvazimatları qrupuna daxil olan "Collex 6 Rəng Barmaq və Üz Boyası" məhsulunun aparılan yoxlamalar nəticəsində təhlükəli olduğu bildirilib.

Məhsulun tərkibində qanunvericiliklə icazə verilən limitlərdən qat-qat artıq kimyəvi maddə aşkar edilib. Bu maddələrin uşaqların sağlamlığı üçün ciddi təhlükə yaratdığı vurğulanıb.

Əgər övladınız üçün bu markadan olan boyalar almısınızsa, ondan istifadəni dərhal dayandırmağınız və məhsulu geri qaytarmağınız tövsiyə olunur. Bu növ məhsullar alarkən üzərində "CE" işarəsinin olmasına və zərərli kimyəvi maddə (məsələn, ftalat və ya ağır metallar) ehtiva etməməsinə diqqət yetirməlisiniz.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.