Arıqlama dərmanları ilə bağlı yeni təhlükə üzə çıxdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
GLP-1 tipli dərmanlar ( bədəndəki GLP-1 hormonunun funksiyasını təqlid edən, əsasən diabet və arıqlama müalicəsində istifadə olunan dərmanlardır), xüsusilə də Ozempic, arıqlama sahəsində inqilabi irəliləyişlərə səbəb olsa da, bəzi istifadəçilərdə ciddi yan təsirlər ortaya çıxır. Bunlara diş çürüməsi, üz və ağız sarkması, çanaq nahiyəsində sallanma və saç tökülməsi kimi xoşagəlməz problemlər daxildir. Daha geniş yayılmış yan təsirlər isə mədə-bağırsaq narahatlıqlarıdır ki, bunlar da istifadəçilər üçün çox vaxt narahatlıq yaradır.
Milli.Az xəbər verir ki,Böyük Britaniyanın Tibb və Sağlamlıq Məhsulları Tənzimləmə Agentliyi (MHRA) GLP-1 dərmanlarından istifadə edənlər arasında ciddi və hətta ölümcül ola biləcək pankreatit halları ilə bağlı yeni araşdırmalara başlayıb. "Yellow Card" proqramına daxil olan məlumatlara görə, GLP-1 dərmanları istifadəçilərindən 400-ə yaxın ağır pankreas problemləri barədə şikayət daxil olub.
Akut pankreatit - mədəaltı vəzinin ani, çox ağrılı iltihabıdır və bu vəziyyət insanları güclü qarın ağrısı, ürəkbulanma və hərarətlə xəstəxanaya gətirir. Bu xəstəlik çox vaxt idarə olunsa da, bəzən ağırlaşaraq ölümə gətirib çıxara bilər. Yalnız Böyük Britaniyada GLP-1 dərmanları istifadəçiləri arasında bu səbəbdən ən azı 10 ölüm qeydə alınıb.
Dərman paketlərində pankreatitin nadir, yəni hər 100 istifadəçidən birində görülən bir reaksiya olduğu bildirilir, amma vəziyyətin ciddi olması əlavə araşdırmaların vacibliyini ortaya qoyur.
Bəzi hallarda genetik faktorlar dərmanların yan təsirlərini artırır və gələcəkdə genetik testlərin tətbiqi risklərin azaldılmasına kömək edə bilər.
İnsanlar sağlamlığını bəzi dərmanlara qurban verməkdən çəkinməlidirlər.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)
-
Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Yardımlıda qaz olmayacaq
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Nagihan estetik əməliyyatdan sonra - (Foto)
-
Günün qoroskopu: Köhnə dostlarınızla görüşməyiniz mümkündür
-
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
-
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
-
Seçkidə məğlubiyyətindən sonra ailəsi ilə ABŞ-yə qaçdı
-
Qadın evində qətlə yetirilib, qohumu tutulub - (Video)
-
Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
-
Ulduz futbolçu "Barselona"ya qayıtmaq arzusundadır
-
Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - (Video)
-
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Naxçıvanda 17 yaşlı oğlan bıçaqlandı
-
Kəmaləddin Heydərov Ramin Orucova vəzifə verdi
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
-
Beynəlxalq Muğam Mərkəzində Qalina Vişnevskayanın 100 illiyi qeyd olunub - (Foto)
-
Qeyri-adi rəssam Tural Bayramovun emalatxanasından reportaj: dünyanı eşitmədən də ona gözəllik bəxş etmək olar - (Foto)
-
Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"
-
Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunmuş “Mənim Abşeronum: Üstə gəl” retrospektiv sərgisi açılıb - (Foto)
-
Putin Pezeşkianla görüşdü - (Video)





