Sağlamlıq

Naxçıvanda min bir dərdə dərman olan suyun sirri nədir?

8 İyul 2025 04:04
Baxış: 1 527
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Naxçıvan Muxtar Respublikası ərazisində 200-dən çox mineral bulaq mövcuddur. Onların əksəriyyəti müalicəvi xüsusiyyətləri ilə tanınır.

Culfa şəhərindən 8-9 kilometr aralıda yerləşən Darıdağ arsenli mineral suyu da həmin bulaqlardan biridir. Bu su illərdir yerli sakinlərin və qonaqların sağlamlıq məqsədilə üz tutduğu məkanlardandır.

"Güclü ağrılarım var idi. Əməliyyat olunmalı olduğumu demişdilər, amma buraya gələndən sonra ağrılarım keçib. İndi özümü çox yaxşı hiss edirəm", - deyə müalicə alan sakinlərdən biri bildirib.

Kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədovanın sözlərinə görə, Darıdağ mineral suyu qan təzyiqinin tənzimlənməsi, ürək fəaliyyətinin yaxşılaşdırılması, sinir sistemi, dəri və qadın xəstəliklərinin müalicəsində də təsirlidir.  //Baku TV

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.